Gəncədə şirkətin anbarından 7 min manatlıq oğurluq edildi
17:41 / 26.02.2022
1774
Gəncədə şirkətin anbarından 7 min manatlıq oğurluq edilib.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 24-nə keçən gecə Gəncə şəhəri ərazisində yerləşən şirkətlərdən birinin anbarından dəyəri 7 000 manat olan 7 ədəd su mühərrikini oğurlamaqda şübhəli bilinən şəhər sakinləri X.Quliyev, əvvəllər məhkum olunmuşlar R.Hümbətov və V.Qurbanov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.