"Gənc jurnalistlərin 1-ci futbol çempionatı"nın qalibi müəyyənləşdi - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib elan olunan "Gənc Jurnalistlərin 1-ci futbol çempionatı” layihəsi yekunlaşıb.
 
Layihənin final oyununda ATV telekanalı ilə Editor.Az xəbər saytı üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda qalib müəyyənləşməyib. ATV telekanalı hesabda 3:1 öndə olsa da, rəqib son dəqiqələrdə 2 qol vuraraq hesabı bərabarəşdirib Matç 3:3 hesabıyla sona çatıb və 11 metrlik cərimə zərbələrinə keçilib. Burada daha dəqiqə oynayan ATV komandası 5:4 hesabıyla qalib gəlib və "Gənc jurnalistlərin 1-ci futbol çempionatı"nın qalibi olub.
 
Mükafatlandırma mərasimidə layihəyə təşkilatı dəstək olan Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək bütün oyunların dramatik keçdiyini və jurnalistlərin asudə vaxtlarını səmərəli keçirdiklərini bildirib. O öz növbəsində qeyd edib ki, rəhbəri olduğu idarə bundan sonra da bu tip yarışlara dəstək olacaq.
 
Mükafatlandırma mərasimində çıxış edən layihə rəhbəri Hacıbəy Heydərli çempionatda iştirak edən bütün komandalara təşəkkür edib və bildirib ki, layihədə ümumilikdə 60-a yaxın gənc jurnalist meydana çıxıb. O eyni zamanda layihəni dəstəklədiyinə görə, Prezident yanında Gənclər Fonduna təşəkkür edib.
 
Mükafatlandırma mərasimində iştirak edən AFFA-nın Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov də gənc jurnalistlərə uğurlar arzulayıb və bu cür layihələrin davamlı olmasını arzulayıb.
 
Tədbirdə çıxış edən "İslahatçı Gənclər İctimai Birliyi"nin sədri Fərid Şahbazlı, Azərbaycan - Slavyan Gənclər Assosiyasının (ASGA) sədri Səbuhi Abbasov da qalib komandanı təbrik ediblər.
 
Daha sonra final iştirakçılarına diplom və qalib komandaya kubok təqdim olunub. Eyni zamanda çempionatının ən yaxşı futbolçusu da mükafatlanıb. Xatırladaq ki, layihənin ilkin mərhələsində 8 komanda mübarizə aparıb. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov rayon Gənclər və İdman idarəsinin təşkilati dəstəyiylə baş tutur. Layihənin rəhbəri jurnalist Hacıbəy Heydərlidir.
 
 




















OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...