Füzuli meydanı ətrafındakı infrastrukturun yaxşılaşdırılmasına 5 milyon manat ayrıldı

Füzuli meydanı ətrafındakı infrastrukturun yaxşılaşdırılmasına 5 milyon manat ayrıldı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
 

Sərəncamda deyilir:

                                                                                                  

Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin və nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu işlər sırasında, hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində son illər xüsusilə nəzərəçarpan addımlar atılmışdır. Belə ki, 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsinin çəkilməsi, prospekt boyunca Mərkəzi Parkın salınması və ətraf yolların genişləndirilməsi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Hazırda Yasamal rayonunun 26 hektar sahəni əhatə edən ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün satın alınması işləri yekunlaşmışdır və Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.

Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi, əhalinin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri davam etdirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 



OXŞAR XƏBƏRLƏR

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perm Dövlət Universitetində baş vermiş silahlı insidentlə əlaqədar olaraq Rusiyaya başsağlığı verib. Sfera.az-ın x...

Prezident daha bir SƏRƏNCAM İMZALADI

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiq edilib. Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev...

“The Guardian”: Feysbuk trol səhifələrinin YAP-la əlaqəsi yoxdur

"The Guardian” Yeni Azərbaycan Partiyasının təkzib müraciətindən sonra "Facebook bizim kimi ölkələrlə maraqlanmır": Azərbaycan trol şəbəkəsi qadağadan bir ne...

"Dünən "Qarabağda vuruşmaq istəyirəm" deyənlər hamısı getsin anket məlumatlarını versin" - İlham Əliyev

"Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin r...

Milli Şuradan cinsi azlıqlara görə istefa – Taleh Bağırzadə getdi

Müsəlman Biriliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib. Sfera.az-ın xəbərinə görə, bu b...

"Üzr istəməsələr açıqlamamız başqa cür olacaq" - Arif Hacılı Milli Şuraya vaxt verdi

"Müsavatçılar Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuradan üzr gözləyirlər”.     Sfera.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Müs...