Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB

Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Sosial şəbəkələrdə fevralın 27-dən Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətə başlayacağı ilə bağlı söz-söhbət dolaşır. 

Xüsusilə "Whatsapp” qruplarında bildirilir ki, fevralın 27-dən ümumtəhsil məktəbləri, universitetlər və kolleclər açılır.

Sfera.az  xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov  açıqlamasında bildirdi ki, bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Onun sözlərinə görə, yayılan məlumatlar əsassızdır.

"Bununla bağlı indidən heç nə demək olmaz. Bütün hallarda indiki anda heç bir əsası yoxdur. Bununla bağlı dəfələrlə məlumat vermişik.

Heç kim deyə bilməz ki, təhsil ocaqları nə vaxtdan açılır. Ənənəvi təhsilin başlama vaxtı pandemik vəziyyətdən, pandemiya şəraitindən asılıdır.

Bu qərarı da Operativ Qərargah verir və verilən qərar da sonradan mətbuat vasitəsilə yayılır. İnsanlar sosial şəbəkələrdə müzakirələr aparırlar. Kiminsə arzusu olur, yazır”, - deyə Cəsarət Valehov bildirib.
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Bakıda şagirdləri döyən direktorla bağlı YENİ AÇIQLAMA - FOTOLAR

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və Təhsil İdarəsinin nümayəndələri direktor Zinyət Əhmədova tərəfindən döyülən şagirdlərin oxuduğu 9 nömrəli məkt...

Nazir Abid Şərifovun bacısı qızının yerinə onu göndərdi - FOTO

Təhsil naziri Emin Əmrullayev 189-190 nömrəli tam orta məktəbə direktor əvəzi təyin edib. Sfera.az xəbər verir ki, nazirin müvafiq əmri ilə ötən ay sabiq ...

DİM müzakirələrə səbəb olan imtahan sualına aydınlıq gətirdi – AÇIQLAMA

"Ali tәhsil müәssisәlәrinin vә Azәrbaycan Milli Elmlәr Akademiyasının magistraturalarına 2021-ci ilin 28 fevralında keçirilmiş qəbul imtahanında bakalavrlara tə...

Məktəblilər arasında yoluxma, dərslər dayandırılacaqmı? - RƏSMİ CAVAB

Azərbaycanda son iki gün ərzində təhsil müəssisələrində 6 şagird və 8 işçi heyəti koronavirusa yoluxub. Sfera.az xəbər verir ki, bu rəqəm Təhsil Nazirliyi...

Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə fevralın 27-dən Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətə başlayacağı ilə bağlı söz-söhbət dolaşır.  Xüsusilə "Whatsapp” qrup...

Məktəblilər üçün ŞAD XƏBƏR

 Təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına start verilib. Sfera.az  xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil N...