Fahişəxana peyvənd etdirən müştərilərinə pulsuz sauna kampaniyasına başladı, ilk yararlanan görün kim oldu - FOTO

Fahişəxana peyvənd etdirən müştərilərinə pulsuz sauna kampaniyasına başladı, ilk yararlanan görün kim oldu - FOTO
Avstraliyada fahişəxanalardan biri peyvənd kampaniyasına başlayıb.
 
Sfera.az bildirir ki, bu addımın atılmasına səbəb pandemiyadan sonra sözügedən məkanda müştərilərin sayının azalması olub. Belə ki, indiyədək əhalinin təxminən 65 faizinin peyvənd olunduğu ölkədə, vaksinsiz şəxslərin əyləncə məkanlarına daxil olmasını qadağan edən yeni qaydalar tətbiq edilib. Məhz bu səbəbdən, Viyana bölgəsində yerləşən fahişəxanalardan biri müştərilərinə koronavirus əleyhinə peyvənd vurdurmağa başlayıb. Kampaniyaya noyabr ayının 1-dən etibarən start verilib.

Gəlirlərini artırmağa çalışan məkan, həmçinin peyvənd etdirənlərə pulsuz 30 dəqiqəlik sauna təklif etmək qərarına da gəlib. Bu xidmətin normal şərtlərdə 40 avroya başa gəldiyi bildirilib. "Pandemiya səbəbindən müştərilərimizin sayında 50 faiz azalma qeydə alınıb. Bu təşəbbüslə onların sayını yenidən artıracağımıza ümid edirik”, - deyə məkandan verilən məlumatda qeyd edilib.
 
Kampaniya çərçivəsində ilk vaksin vurduran şəxsin türk olması isə, diqqət çəkən məqamlardan olub.  30 yaşlı Erhan adlı şəxs qərarı dəstəkləyərək "əks halda, vaksin vurdurmazdım”, - deyə əlavə edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...