“Facebook”dan “iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ: Proqramı silin!

“Facebook”dan “iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ: Proqramı silin!
Təhlükəsizlik tədqiqatçıları iOS istifadəçilərinə xəbərdarlıq ediblər ki, "Facebook” məkan icazəsi söndürülsə belə, məkan məlumatlarını toplamağa davam edir. Narahatedici tərəf odur ki, proqramı silməkdən başqa onu dayandırmaq üçün başqa yol yoxdur.

Sfera.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Facebook” bir müddətdir istifadəçi təhlükəsizliyi və məxfiliyi ilə bağlı ciddi tənqidlərə məruz qalır. İndi təhlükəsizlik tədqiqatçıları yeni xəbərdarlıq ediblər.

Xəbərdarlığa səbəb "Facebook”un daim akselerometr məlumatlarını oxuyur. Əgər siz "Facebook”un məkana daxil olmasına icazə vermirsinizsə, proqram sizi telefonunuzun akselerometr qeydləri ilə eyni vibrasiya modelinə uyğun gələn istifadəçilərlə qruplaşdıraraq dəqiq yerinizi çıxara bilər.
Tədqiqatçılardan biri olan Mayk tərəfindən verilən nümunə olduqca diqqətəlayiqdir. Məsələn, avtobusdasınızsa və orada olan sərnişin öz yerini "Facebook” ilə paylaşırsa, proqram asanlıqla sərnişinlə eyni yerdə olduğunuzu deyə bilər. Çünki hər iki vibrasiya nümunəsi eyni olacaq.

"Facebook”un akselerometrdən məlumat toplamasını dayandırmağın yeganə yolu tətbiqi silməkdir. Çünki bunun qarşısını almağın başqa yolu olmadığı iddia edilir.

OXŞAR XƏBƏRLƏR

“Facebook”dan “iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ: Proqramı silin!

Təhlükəsizlik tədqiqatçıları iOS istifadəçilərinə xəbərdarlıq ediblər ki, "Facebook” məkan icazəsi söndürülsə belə, məkan məlumatlarını toplamağa davam edir. Na...

Bu avtomobillər bahalaşır - SİYAHI

Rusiyada istehsal edilən avtomobillərin qiyməti yüksəlir.  Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qiymət artımlarına səbəb qara və əlva...

Avtomobillərə “qara qutu” taxılacaq - YENİLİK

Avropa Birliyinin qəbul etdiyi qərara əsasən 2022-ci ilin may ayından etibarən avtomobillərdə "qara qutu” yerləşdiriləcək.  Sfera.az xarici saytlara ...

Mütəxəssislərdən sosial şəbəkələrdəki yeni trendlə bağlı XƏBƏRDARLIQ: "Parolunuzu paylaşmış olursunuz"

Mütəxəssislər son günlər sosial şəbəkələrdə trend olan "20-li yaşlar challenge” ilə bağlı xəbərdarlıq edib. Sfera.az xəbər verir ki, onlar trendin təhlükə...

Whatsapp və İnstaqram işini bərpa etdi - YENİLƏNDİ

21:54   Whatsapp və İnstaqram şəbəkələrində problem yaranıb.   Sfera.az xəbər verir ki, istifadəçilər hər iki platformanin imkanlarından isti...

Ekspert şəxsi məlumatları "WhatsApp"dan gizlətməyin yolunu açıqladı: "Sizin razılığınız olmadan..."

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz votsapın gizlilik şərtlərini dəyişməsiylə bağlı gedən müzakirələrə münasibət bildirib.  Sfera.a...