"Facebook" çöküşünün səbəblərini AÇIQLADI

Ötən gün "Facebook" sosial şəbəkəsinin serverlərinin çökməsi magistral marşrutizatorların konfiqurasiyasının yanlışlıqla dəyişdirilməi nəticəsində baş verib.

Sfera.az-ın məlumatına, bu barədə "Facebook"un nöqsan aradan qaldırıldıqdan sonra yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, magistral marşrutizatorlar müxtəlif data mərkəzləri arasında məlumatın ötürülməsini təmin edən avadanlıqlardır.

Bəyanatda qeyd olunur ki, mühəndislər konfiqurasiyada yanlışlıqla dəyişikliklər edib və nəticədə data mərkəzləri arasında əlaqə pozulub.

Eyni zamanda "Facebook" şirkətinin ofisində elektron qurğular da sıradan çıxıb ki, bununla əlaqədar əməkdaşlar giriş kartları ilə ofisə daxil ola bilməyiblər.

Yaranan qüsur nəticəsində "Facebook" və şirkətə məxsus "Messenger", "WhatsApp" və "Instagram" yeddi saata yaxın müddət ərzində işləməyib.

Bununla yanaşı, şirkət yayılan məlumatlara baxmayaraq istifadəçilərin məlumatlarının sızmasının qeydə alınmadığını bildirib.

OXŞAR XƏBƏRLƏR

"Facebook" və "Instagram"dan Rusiya ilə bağlı gözlənilməz QƏRAR - Azərbaycan da SİYAHIDADIR

"Facebook” və " Instagram” Rusiya ilə bağlı inanılmaz addım atıb.   Sfera.az bildirir ki, sosial platformalar Rusiyaya qarşı nifrət dolu çıxışları yayıml...

Mark Zukerberq dünyaya elan etdi – Daha “Facebook” olmayacaq

Dünyanın ən məşhur sosial media platforması  "Facebook”-un adı dəyişib. Sfera.az xəbər verir ki, bu barədə "Facebook” şirkətinin rəhbəri Mark Zukerbe...

"Facebook" çöküşünün səbəblərini AÇIQLADI

Ötən gün "Facebook" sosial şəbəkəsinin serverlərinin çökməsi magistral marşrutizatorların konfiqurasiyasının yanlışlıqla dəyişdirilməi nəticəsində baş verib. ...

“WhatsApp”, “Instagram” və “Facebook” niyə çökdü? - AÇIQLAMA

"WhatsApp”, "Instagram” və "Facebook”un çökməsi dünyanın gündəmindədir. Bəs internet nəhəngləri niyə çöküb? Sfera.az xəbər verir ki, "Reuters” çökmənin DN...

Nazirlikdən sosial şəbəkələrdəki problemlə bağlı AÇIQLAMA

"Facebook”, "WhatsApp”, "Instagram” kimi beynəlxalq platformalara girişdə problem yaranıb. Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək ...

Zəfər paradında Azərbaycanın ən müasir texnikaları nümayiş etdirilir - VİDEO

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı davam edir. Sfera.az xəbər verir ki, xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri...