Evində qətlə yetirilən qadın iki uşaq anası imiş... - VİDEO

Evində qətlə yetirilən qadın iki uşaq anası imiş... - VİDEO
Bakıda qadın qətlə yetirilib. Hadisə Qaradağ rayonu ''Qobu park'' yaşayış massivində baş verib. Qadın yaşadığı evdə amansızlıqla öldürülüb. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlayıb.
 
Sfera.az  xəbər verir ki, qadın yaşadığı evdə amansızlıqla qətlə yetirilib.

Ağır cinayət paytaxtın Qaradağ rayonu ''Qobu-Park'' yaşayış massivi 2 -ünvanında baş verib. 5-ci mərtəbədə yaşayan qadın naməlum şəraitdə qətlə yetirilib. Baş Prokurorluqdan verilən məlumata görə, 39 yaşlı Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal hadisə yerinə istintaq qrupu gəlib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Oradan iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Qonşuların sözlərinə görə, Laçın rayon sakini Qənəət Fərmanovanın 9 və 11-ci sinifdə oxuyan iki oğlu var. Qonşular ehtimal edirlər ki, hadisə vaxtı uşaqlar evdə olmayıb. Məlumata görə, qadın yaxınlıqdakı supermarketlərdən birində satıcı işləyirmiş.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

(xezer tv)

OXŞAR XƏBƏRLƏR

Ana və uşaqlarının qətli ilə bağlı YENİ FAKTLAR - Qonşuları NƏLƏR DANIŞDI? - VİDEO

Ötən gün Nizami rayonunda bir ailənin 3 üzvünün qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik. ''Xəzər Xəbər'' bu gün həmin hadisənin təfərrüatlarını araşdırıb. M...

Arvadını güllələyərək öldürən şəxslə bağlı ŞOK FAKTLAR - VİDEO

Yevlaxda kişi həyat yoldaşını evində güllələyib. Qətli törədən şəxs qohumunu da yaralayıb. Sumqayıtda isə 45 yaşlı kişi öz tanışı tərəfindən elə yaşadığı binanı...

Evində qətlə yetirilən qadın iki uşaq anası imiş... - VİDEO

Bakıda qadın qətlə yetirilib. Hadisə Qaradağ rayonu ''Qobu park'' yaşayış massivində baş verib. Qadın yaşadığı evdə amansızlıqla öldürülüb. Polis hadisəni törət...

Bakıda DƏHŞƏTLİ QƏTL: Səhər yeməyində anasının başını kəsdi - VİDEO

Bakıda Nəsimi rayonunda dəhşətli qətl hadisəsi qeydə alınıb. Sfera.az İTV-yə istinadən xəbər verir ki, 32 yaşlı Samir Cəfərov səhər vaxtı valideyni ilə ye...

Sabiq polis rəisinin törətdiyi silahlı insidentlə bağlı YENİ MƏLUMAT - VİDEO

Paytaxtın Sabunçu rayonunda sabiq polis rəisi Rza Hacıyev silahlı insident törədib. AZXEBER.COM-un Sfera.az-a istinadən məlumatına görə, hadisə Pirşağı qə...

“Cinsi orqanını göstərərək, "dondurma yerinə bunu ye” dedi" - Dayı bacısı qızını buna görə öldürdü

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Xatırladaq ki, öldürülən 18 yaşlı Məmmədova Fatimə Murtu...