Ermənistanın yeni PUA-ları adı ilə gülüş obyektinə çevrildi - FOTOLAR

Ermənistanın yeni PUA-ları adı ilə gülüş obyektinə çevrildi - FOTOLAR
Ermənistan yeni PUA-larını (Pilotsuz uçuş aparatı) təqdim edib.
 
Sfera.az bildirir ki, ermənilərin aparatlara verdikləri ad isə sosial mediada gülüş obyektinə çevrilib. 

Belə ki, "ArmHighTech – 2022” sərgisində təqdim olunan PUA-ların üzərinə yazılan "Davaro" sözü türkiyəlilərin diqqətindən yayınmayıb. "Davar" - qoyun, keçi kimi əhlilləşdirilmiş heyvanlara və onların sürülərinə verilən addır, bir sözlə mal-qara deməkdir. Ermənilərin PUA-larına bu adı verməkləri  sosial mediada xeyli müzakirə edilib. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR