Ermənistan 5 əsas prinsipi qəbul edib - Əliyev

Ermənistan 5 əsas prinsipi qəbul edib - Əliyev
Azərbaycan Qafqazda sülhün və əməkdaşlığın yeni dövrünün tərəfdarıdır.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, konfrans zamanı onun iştirakçıları Azərbaycanın Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı planları ilə tanış olublar:

"Planlar genişmiqyaslıdır və biz onları büdcəmizdən maliyyə vəsaiti ayıraraq və beynəlxalq şirkətlərin dəstəyi ilə öz gücümüzlə həyata keçiririk”.

"Bundan əlavə, ən mühüm vəzifələrdən biri yeni reallıqları möhkəmləndirmək və beynəlxalq təşkilatlarla birgə mövqelərimizi və regiona baxışımızı təqdim etməkdir. Aparıcı beynəlxalq təşkilatların yeni reallıqları yerlərdə qəbul etməsi də çox vacib idi və bu baş verdi. Eyni zamanda, biz Qafqazda yeni dövrün - sülh və əməkdaşlıq dövrünün fəal şəkildə tərəfdarıyıq. Nəhayət, bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Hökumət Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi - Ermənistanla sülh sazişinin əsasını təşkil etməli olan prinsipləri qəbul edib”, - ölkə lideri bildirib.
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...