Ermənilər Tərtəri atəşə tutdu - RƏSMİ

Ermənilər Tərtəri atəşə tutdu - RƏSMİ
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Bu barədə Sfera.az  Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.

Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur.

Mövqələrimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.

Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib.

Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

OXŞAR XƏBƏRLƏR

Ermənilər Füzulini atəşə tutdu

Azərbaycan Ordusunun Füzuli  rayonunun Yuxarı Veysəlli kəndi  istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının m...

Abşeronda korrupsiya həbsləri - Yüksək vəzifəlilər SAXLANILDI

Abşeron rayonunda səs-küylü həbslər olub. Sfera.az xəbər verir ki, şahidlərin Musavat.com-a bildirdiyinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Müb...

Azərbaycan sərhədində atəş açıldı: xəsarət alanlar var - RƏSMİ

Dövlət Sərhəd Хidməti tərəfindən dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaq...

Ermənistan Kəlbəcər və Tovuzu atəşə tutdu - RƏSMİ

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələr...

Ermənilər Tərtəri atəşə tutdu - RƏSMİ

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi isti...

Ermənilərin atdığı bomba Yevlaxda partladı - Çoban həlak oldu

Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub. Sfera.az xəbər verir ki, hadisə rayon...