Ermənilər PFL-in saytını yenə dağıtdı - FOTO
18:19 / 03.08.2014
3754
pfl.az-a erməni hakerlər hücum edib
Ermənilər ötən gün Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına haker hücumu təşkil ediblər.
ANS PRESS-in məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi saytı yenə haker hücumuna məruz qalıb. “Hacked by Monte Melkonian Cyber” qrupu saytı dağıdaraq ötən gecə cəbhə xəttində ordumuz tərəfindən məhv edilən iki erməni əsgərinin şəkillərini qoymaqla yanaşı, onlar sayta xüsusi mesaj da yerləşdirib.Hazırda PFL-in saytı fəaliyyət göstərmir.
Xatırladaq ki, PFL-in saytı bir neçə gün əvvəl də ermeni hakerlərin hücumlarına məruz qalmışdı.