Ermənilər Gəncəyə buna görə raket atıblar - "Arayik dostunun qisasını almaq istəyirdi"

Ermənilər Gəncəyə buna görə raket atıblar -
10 oktyabr, 2020-ci il. 44 günlük İkinci Qarabağ Savaşının ən qızğın gərgin günlərindən biri. Qarabağdakı separatçı-terrorçu rejimin lideri Araik Harutyunyan Facebook-dakı səhifəsində yazır: "Əziz həmvətənlər! Bu gün ən yaxın və ən yaxşı dostlarımdan biri Aleksandr Harutyunyan, bizim "Saşik" həlak oldu. Onunla 1992-ci ildən bəri birlikdə idik.

Saşik Birinci Qarabağ Müharibəsində 1-ci dərəcəli "Döyüş Xaçı" ordenini ilk alanlardan biri idi..."

Ertəsi gün, oktyabrın 11-də ermənilər Gəncəyə "Toça-U" operatik-taktiki raket kompleksindən atəş açdı.

Oktyabrın 17-də isə Gəncəyə 9K72 "Elbrus" operativ-taktiki raket kompleksindən 8K14 raketi atıldı.

Xankəndidəki terrorçu rejim və Ermənistanın hakimiyyət dairələri bu məşum terror aktlarını, dinc insanların ballistik raketlərlə atəşə tutulması faktlarını hələ də danırlar.

Lakin gerçəyi gizlətmək mümkün deyil.

Ermənistan Müdafiə Ordusunun zabitlərindən biri, İkinci Qarabağ Müharibəsində iştirak etmiş erməni kamera qarşısında həmin qanlı olaylardan bəhs edib.

O, etiraf edib ki, Gəncənin məhəllələrini ermənilər qəsdən, bilərəkdən, məqsədli şəkildə raket atəşlərinə tutmuşdular.

Əmri də qarabağlı ermənilərin lideri Araik Harutyunyan veribmiş. Gəbərdilmiş dostu Saşik Harutyunyanın qisasını almaq üçün.

A.Harutyunyan həmin məşum teraktlardan sonrakı bəyanatlarından birində demişdi: "Bu gün əmrimə əsasən ordumuz Gəncə şəhərinə bir neçə raket zərbəsi endirdi".

Erməni zabit isə etiraflarında deyib: "Gəncəyə R-17 raketləri ilə zərbələrin endirilməsi absurddur. Araik Harutyunyan bunu "qisas" adlandırdı. Bilmirəm, amma məncə çox yanlış və sarsaq əmr, qərar idi. Şəxsən mən bu zərbələrdə hansısa hərbi zərurət görmürəm. Səddam Hüseyn təki şəhər məhəllələrinə raket zərbələrinin endirilməsi obyektiv olaraq terrorizmdən başqa heç nə deyil. Əgər o zərbələr qarşı tərəfi qorxutmaq məqsədilə edilmişdisə - axmaqlıqdır. Çünki qarşı tərəf qorxmadı, tam əksinə, daha da qəzəbləndi. Qarşı tərəfin yerində mən də olsaydım, qəzəblənərdim. Ermənistan Müdafiə Nazirliyinin "danışan baş"ı (Arsrun Hovvanisyan nəzərdə tutulur - red.) isə elə həmin vaxtda Gəncəyə raket zərbələrini "hədəfdən yayınma, yanlışlıq" adlandırmışdı. Yəni guya Gəncə aeoportunu vurmaq istəyiblər, raketlər də hədəfdən yayınıb, şəhər məhəllələrinə düşüb. Bu, əsla həqiqətə uyğun deyil. "Elbrus" kompleksindən buraxılan R-17 ballistik raketinin 65 kilometrlik məsafədə hədəfin vurulması zamanı 4-5 kilometr yayınmaqla bağlı iddia ən azı absurddur. Ya kompleksin heyəti hara atəş açmağı dəqiq bilməyib, ya da atəş bilərəkdən məhz o istiqamətə edilib. Çox yəqin ikinci variantdır. Araik Harutyunyan da dediyimi çıxışında təsdiqləmişdi". 

Göründüyü kimi, Qarabağdakı terrorçu rejimin rəhbəri Araik Harutyunyan indi Rusiyanın Qarabağda yerləşdirilmiş sülhməramlı kontingentinə güvənərək təhlükəsizliyinin təmin olunduğunu düşünsə də, bu məxluqun qanlı əməllərinə görə ədalət məhkəməsi qarşısında duracağı qaçılmazdır.

Araik Harutyunyanın cəzalanması Gəncədə həlak olmuş soydaşlarımızın narahat ruhlarının tələbidir.
 

(milli.az)

OXŞAR XƏBƏRLƏR

Ermənilər Gəncəyə buna görə raket atıblar - "Arayik dostunun qisasını almaq istəyirdi"

10 oktyabr, 2020-ci il. 44 günlük İkinci Qarabağ Savaşının ən qızğın gərgin günlərindən biri. Qarabağdakı separatçı-terrorçu rejimin lideri Araik Harutyunyan Fa...

Şuşaya avtobusla səfər etmək istəyənlərin NƏZƏRİNƏ - Bu tarixdən... - VİDEO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA - Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır) yanva...

Operativ Qərargah rəsmisindən XƏBƏRDARLIQ - VİDEO

"Yeni ştamm dünyada bütün qitələrdə görünməyə başlayıb. Bizə də gələcək və ondan qaçış yolu yoxdur". Sfera.az  xəbər verir ki, bu barədə Nazirlər Kab...

ÜST göstəriş verdi - Azərbaycanda karantin sərtləşdiriləcək? - VİDEO

"Bu, daha çox delta ştammının yayılması və vaksinasiya göstəricilərinin aşağı olması ilə əlaqələndirilir. Sərhəd qonşularımız arasında ən çox ölüm halı Rusiyada...

Uçan avtomobilin sınağı uğurla başa çatdı - 2500 metr yüksəklikdə, 170 kilometr sürətlə... + VİDEO

Slovakiyada uçan avtomobil prototipi 35 dəqiqəlik sınağı uğurla başa vurub.   Sfera.az xəbər verir ki, iki şəhər arasında uçan avtomobil 2500 metr y...

"Şuşaya "İsgəndər" atmışdıq"- İrəvandan sensasiyalı etiraf - VİDEO

44 günlük İkinci Qarabağ Savaşı əsnasında sürəkli olaraq "Azərbaycan ordusu Şuşanı fasiləsiz bombalayır, raketlərlə vurur" açıqlamaları ilə çıxış edən Ermənista...