Ən yeni tariximiz Dünya Azərbaycanlılarının V Qurultayı ilə Şuşada başlayır!

Ən yeni tariximiz Dünya Azərbaycanlılarının V Qurultayı ilə Şuşada başlayır!
Azərbaycan növbəti tarixi hadisənin astanasındadır.
 
Hansı ki, bu hadisəni ən yeni tariximizin başlanğıcı olaraq da adlandırmaq olar. Söhbət 22-23 aprel tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayından gedir. 

Qurultayın azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüf etməsi, xüsusən də Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var:

Birincisi, Şuşa Azərbaycan üçün istər mənəvi, istərsə də mədəni baxımdan mühüm bir şəhərdir. Təsadüfi deyil ki, geridə qoyduğumuz 28 illik işğal dövründə Şuşa şəhəri qələbəyə olan inamın simvolu halına gəlmişdi. Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı həm də Zəfər Qurultayı kimi tarixə düşəcək. Heç şübhəsiz ki, bu tarixi reallıq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir.

İkincisi, Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Bu işğaldan azad edilən ərazilərin əsl sahibinə qayıtdığını dünya miqyasında elan etmək üçün əvəzsiz fürsətdir. Qələbəni qazanmaq hələ prosesin sonu demək deyil. Bu qələbəni dünya miqyasında tanıtmaq lazımdır. Təəssüf ki, biz öz əzəli torpaqlarımızın işğaldan azad edilməsini belə tanıtmaq məcburiyyətindəyik. Bu gün bu bizim üçün məcburiyyət olsa da, gələcəkdə prosesin yenidən alovlanmaması üçün vacib bir məqamdır.

Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı daha bir vacib məqam var – bu, son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq. Bu, həm də xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması baxımından mühüm hadisə olacaq. 

Etiraf etmək lazımdır ki, Azərbaycan diasporu uzun illər erməni diasporu ilə rəqabətdə xeyli geridə qalırdı. Lakin son 4 ildə görülən əsaslı işlər 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının; 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması kimi atılan mühüm addımlar nəticədə 44 günlük müharibə gedişində öz bəhrəsini verdi. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporu mühüm inkişaf yolu keçdi. Ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, milli maraqların qorunması işində səmərəli fəaliyyət göstərdi. Müharibənin ən şiddətli getdiyi bir zamanda Azərbaycan Diasporu Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmiş bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etmişdir. 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişdi.
 
Nəticə etibarilə, Dünya Azərbaycanlılarının V Qurultayının istər mədəniyyət paytaxtımız Şuşada keçirilməsi, istər sədə qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ən yeni tariximiz baxımından mühüm hadisədir. 
 
Turan Rzayev
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Türkiyənin tələbləri yerinə yetiriləcəkmi? - "NATO çalışacaq ki..."

"Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi fonunda Türkiyə ilə yaranan polemika düşünürəm ki, öz həllini tapacaq ".   Bunu Sfera.az-a açıqlamasında po...

"Ermənistan müxalifəti çay gəlməmiş çırmanmağa başlayıb" - ŞƏRH

Ermənistanda "Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərba...

“KTMT “süni nəfəs aparatına” qoşulub" - NATO ilə əməkdaşlıq arzusuna REAKSİYA

Dünən Rusiyanın paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib, yekun bəyanat...

Finlandiya İsveç qərarını verdi: Türkiyənin şərti nə olacaq?

Finlandiya NATO-ya qoşulacaq. Belə ki, Prezident Sauli Niinisto və baş nazir Sanna Marin rəsmi Helsinkinin müraciətini alyansa təqdim edib. Niinisto ölkəsinin N...

Kreml Bakını “KTMT tələsi”nə sala biləcəkmi? – “Bakı yayınır, Tehran isə...”

"Rusiya təklənmiş durumdadır və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Elə bu səbəbdəndir ki, Kollektiv Təhlükəsizl...