"Çelsi"nin baş məşqçisi koronavirusa yoluxdu
15:45 / 05.02.2022
1027
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel koronavirusa yoluxub.
Sfera.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin testi pozitiv çıxıb.
Almaniyalı baş məşqçi karantinə alınıb. Tuxelin növbəti həftəsonu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə komandaya qoşulacağı gözlənilir.