Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi
Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edilib
 
Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin 155 № li Qərara dair izahına əsasən, qərara əsasən, qaydaların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılması məqsədilə mətn üzrə "yaşayış binaları” və "yaşayış evləri” sözlərindən əvvəl "xüsusi” sözünün çıxarılması nəzərdə tutulur;
 
- Qaydalarda qeyri-müəyyənliyin və ziddiyyətin (uyğunsuzluğun) aradan qaldırılması üçün subyektlərə texniki şərtlərin verilməsi, yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi və istismara buraxılmasının habelə elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarət məslələrinin digər aktlarla tənzimləndiyi üçün həmin Qaydalara istinadlar verilmişdir, həmçinin Qaydalarda qeyd olunan məsələləri tənzimləyən bəndlərin çıxarılması və yeni anlayışların daxil edilməsi nəzərdə tutulur.
 
- Qaydaların mövcud redaksiyasında istehlakçıların hesablaşma elektrik sayğacları ilə təchiz edilməsi və onların quraşdırılması yerləri ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırıması, habelə sayğacların dövlət yoxlanılmasında istehlakçıların iştirakı, bu prosesin rəsmiləşdirilməsi, məişət abonentlərinə münasibətdə istifadə edilmiş elektrik enerjisinin haqqının ödənilməsi dövrü və s. üçün layihədə enerjitəchizatı müəssisəsinin vəzifələrinin dəqiq müəyyən edilməsi nəzərdə tutulur.
 
- Qaydaların mövcud redaksiyasında istehlakçılar tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğaclarının zədələnməsi, sayğacların qoşulma sxemlərinin pozulması, habelə sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarında enerjitəchizatı müəssisəsinə vurulmuş zərərin dəqiq müəyyənləşdirilməsi məqsədilə müəddəaların təkmilləşdirilməsi nəzərdə tutulur.
 
- Enerjitəchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi ilə bağlı əvvəlcədən istehlakçıların məlumatlardırılması, bu prosesin rəsmiləşdirilməsi nəzərdə tutulur.
 
Nazirlər Kabinetinin 156 № li Qərarrına əsasən isə "Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən rüsumun tam məbləğdə dövlət büdcəsinə ödənilməsi müəyyən edilmiş, həmçinin Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə də dövlət rüsumu müəyyən edilib.
 
Bununla əlaqədar müvafiq qərarla 150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulması ilə bağlı müddəa əlavə edilib.
 

OXŞAR XƏBƏRLƏR

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...

Tərəvəzlərin qiymətində ŞOK DƏYİŞİKLİK – Bahalaşma 72 faizə çatdı

2022-ci ilin aprelin sonuna olan məlumata əsasən Azərbaycanda tərəvəzlərin qiyməti ötən ilin aprel ayı ilə müqayisədə 71,5 faiz artıb. Tərəvəzlərdə illik bahala...

“Azərbaycan da hazırlığa başlamalıdır, yoxsa…” – XƏBƏRDARLIQ

"Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq”.   Sfera.az xəbər ver...

Dollar sürətlə BAHALAŞIR: Manatı nə gözləyir? - VİDEO

Türkiyə lirəsi son günlər yenidən dəyər itirməyə başlayıb. Qardaş ölkənin milli valyutası 1 dollar qarşılığında təqribən 16 lirəyə bərabər olub. Halbuki son həf...

Azərbaycanda yuyucu tozlar kəskin BAHALAŞDI - Alıcıları şoka salan qiymətlər /FOTO

Son zamanlar Azərbaycanda ərzaq və digər istehlak mallarında qismən artım kəskin bahalaşmaya keçib. Sfera.az xəbər verir ki, Bakıda iri marketlərdə yuyucu t...