Eks prezident 11 illik həbs cəzasına məhkum edildi – Əmlakı müsadirə olundu

Eks prezident 11 illik həbs cəzasına məhkum edildi – Əmlakı müsadirə olundu

Qırğızıstanın keçmiş prezidenti Atambayev 11 illik həbs cəzasına məhkum edilib.


Sfera.az xəbər verir ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev, kriminal avtoritet Aziz Batukayevin qanunsuz olaraq azadlığa buraxılmasında əli olduğuna görə 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edilib.

 

Məhkəmə Atambayevi günahkar sayaraq, onun dövlət mükafatlarının və əmlakının müsadirə edilməsinə qərar verib.


Dövlət ittihamçısı Atambayevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Qeyd edək ki, 2006-cı ildə Batukayev əmlakı müsadirə olunmaqla, 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Yeddi il sonra, "ciddi xəstəlik" səbəbi ilə vaxtından əvvəl şərti azadlığa buraxılaraq Qırğızıstanı tərk etmişdi.

 

Atambayev həmçinin qətldə, hakimiyyətin ələ keçirməsinin təşkilində, korrupsiya və dövlət əmlakının qanunsuz mənimsənilməsində ittiham olunur. 2019-cu ilin avqustunda Qırğızıstan xüsusi təyinatlıları Atambayevi saxlamağa cəhd etdiyi zaman onun tərəfdarları ilə toqquşmuşdu. Daha sonra keçmiş prezidentə iğtişaş törədilməsinə dair ittiham aktı təqdim edilmişdi.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Putin qəzəblidir, 8 generalı işdən qovdu…” – Təhlükəsizlik Şurasının rəhbəri

Rusiya prezidenti Vladimir Putinin Ukraynada bir sıra biabırçı uğursuzluqlardan sonra qəzəbləndiyi və yüksək səviyyəli generalları işdən çıxardığı iddia edilib....

Putin Qələbə paradında veteranlardan bunu etməməyi xahiş etdi

Rusiya prezidenti Vladimir Putin Qələbə paradında veteranlardan ayağa qalxmamağı xahiş edib. Sfera.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Q...

Eks prezident 11 illik həbs cəzasına məhkum edildi – Əmlakı müsadirə olundu

Qırğızıstanın keçmiş prezidenti Atambayev 11 illik həbs cəzasına məhkum edilib. Sfera.az xəbər verir ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atamba...

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) veteranları Trampı Hüseyn Qəddafi ilə müqayisə ediblər

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hazırkı və sabiq əməkdaşları etiraz dalğasına bürünən ABŞ-kı vəziyyətin digər ölkələrdə müşahidə olunan tənəzzül və demokra...

ABŞ-dakı polis zorakılığının GÖRÜNTÜLƏRİ – Qaradərili belə öldürüldü

ABŞ-da dəhşətli polis zorakılığının görüntüləri yayılması ölkədə ciddi etirazlara və vətəndaş itaətsizliyinə səbəb olub. Sfera.az xəbər veri ki, polis t...

İKİNCİ DALĞA - 100 mindən çox çinli yenidən karantinə alındı

Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki, koronavirusun təkrar yayılması səbəbindən 108 milyondan çox çinli özünütəcrid vəziyyətinə salınıb. Bu barədə...