"Dünyanın ən bahalı şəhərləri" siyahısı YENİLƏNDİ

"2021-ci ildə dünyada yaşayış dəyəri” adlı araşdırmaya əsasən, ən bahalı şəhərlər bəlli olub.
 
Sfera.az bildirir ki, araşdırmada dünyada yüksək inflyasiya və tədarük zəncirindəki problemlərin qiymət artımına səbəb olduğu qeyd edilib. "Economic Intelligence Unit”in məlumatına görə, bu problem Tel-Əviv, Paris, Sinqapur, Sürix və Honq-Konqda daha çox hiss olunub. 

Belə ki, Tel-Əviv (İsrail) ötən ildən fərqli olaraq, 5 pillə irəliləyərək Paris (Fransa) və Honq-konqu (Çin) geridə qoyub və bu il dünyanın yaşamaq üçün ən bahalı şəhərləri sırasında yer alıb. Bu isə ölkənin valyutası və ərzaq qiymətlərinin artımı ilə bağlı  olub. Paris Sinqapurla ikinci yeri bölüşüb, Sürix və Honq-Konq müvafiq olaraq, dördüncü və beşinci yerləri tutub. Pandemiya ilə mübarizəyə kifayət qədər pul ayıran ABŞ-ın əksər şəhərləri  isə reytinqdə geriləyib.
Hesabatda, həmçinin ən ucuz şəhərlərin, əsasən, Afrikada, Yaxın Şərqdə və Asiyanın bəzi bölgələrində olduğu əks olunub. Qeyd edilib ki, Dəməşq keçən ildən bəri, yaşamaq üçün ən ucuz yer olaraq qalır.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...