Dünyanın diqqəti Moskvada – Putinin qərarı nə olacaq?

Dünyanın diqqəti Moskvada – Putinin qərarı nə olacaq?
Dünya Rusiya lideri Vladimir Putinin 9 May - Qələbə Günündə hansı qərarı elan edəcəyini səbirsizliklə gözləyir. Belə bir vaxtda Moskvada hərbi paradın son məşqləri keçirilir. 

Sfera.az xəbər verir ki, son məşqlər zamanı hərbi təyyarələr Rusiya bayrağının rənglərində uçuş nümayiş etdirərkən, Moskva rəhbərliyi minlərlə əsgəri və qitələrarası ballistik raketləri ilə dünyaya gücünü göstərir.
 
Prezident Vladimir Putinin çıxışı ilə başlayacaq mərasimdə Rusiyanın ilk dəfə olaraq ən son model qitələrarası hipersəs 'Sarmat' raketini nümayiş etdirəcəyi gözlənilir. Ukrayna müharibəsində cəbhədə istifadə ediləcəyi düşünülən T-80 tankları, "Koalitsia-SV" topları və termobarik "TOS-1" raket sistemi ilə qısa mənzilli hava hücumundan müdafiə silahı '"Pantser-S" paradda görünməyəcək.

Bəzi siyasi müşahidəçilər Rusiya lideri Putinin Ukraynaya rəsmən müharibə və ölkədə səfərbərlik elan edəcəyini iddia etsə də, digərləri onun 9 may nitqində müharibəyə son qoymaq üçün addım ata biləcəyini düşür.
 
Qeyd edək ki, bu il alman faşizmi üzərində qələbədən 77 il ötür. Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub. Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə hərbi parad Qırmızı Meydanda təşkil olunacaq. 

Bu il Moskvaya paradda iştirak etmək üçün xarici ölkələrin liderləri çağırılmayıb. Rusiyanın bu addımı Ukraynada davam edən müharibə ilə əlaqələndirilir.


 

 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...