Dünya çempionu mətbuat konfransı keçirib

Dünya çempionu mətbuat konfransı keçirib

"WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov sentyabrın 8-də "Park Bulvar” ticarət-əyləncə mərkəzində mətbuat konfransı keçirib.

Sfera.az xəbər verir ki, dünya çempionu bir neçə gün əvvəl Azərbaycan Prezidenti ilə görüşməsindən və dövlətimizin başçısının onu qələbə münasibətilə təbrik etməsindən sonsuz qürur duyduğunu bildirib. Z.Səmədov rumıniyalı Katalin Moroşanu ilə keçirdiyi həlledici döyüş barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanda "WBC Muaythai” versiyası üzrə məktəbin yaradılmasının nəzərdə tutulduğunu deyib. Dünya çempionu, həmçinin gələcəkdə filmlərə çəkilmək istədiyini bildirib.

Mətbuat konfransından sonra Z.Səmədov azarkeşləri ilə xatirə şəkili çəkdirib, onlarla söhbət edib./AZƏRTAC/


OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...