DTX Bakıda əməliyyat keçirdi: radikal dindarlar həbs edildi

DTX Bakıda əməliyyat keçirdi: radikal dindarlar həbs edildi
 Paytaxtda iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Sfera.az-a verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə "Binəqədi rayonu dini icması” (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və "İrfan dini icması”na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilib.

Baxış əsnasında hər iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilib.

Adıçəkilən dini icmalarda qeyri-qanuni olaraq dini ayin icra edən Əhədov Cəlal Zakir oğlu, Həsənzadə Ramin Abdulla oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2. və 515.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

OXŞAR XƏBƏRLƏR

Fədayə Laçın ev dustaqlığına buraxılmadı - MƏHKƏMƏ QƏRARI - VİDEO

Nəsimi Rayon Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına bu...

Türkiyə Ermənistanla sərhədə xüsusi təyinatlıları cəlb etdi

Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb. Sfera.az "Report"a istinadən xəbər verir ki, sərhəddə yerləşən Ağrı əyalətinin Do...

DTX Bakıda əməliyyat keçirdi: radikal dindarlar həbs edildi

 Paytaxtda iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Sfera.az-a verilən ...

Düşmən snayperlərdən atəş açdı - Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikd...

İTV-nin itkin düşən əməkdaşının ölümünün TƏFƏRRÜATI - FOTO

İctimai Televiziyanın (İTV) 35 gün əvvəl itkin düşmüş əməkdaşı Rəşad Əliyevin intihar etdiyi məlum olub. Sfera.az APA-ya istinadən bildirir ki, onun ...

Bakıda dəhşətli avtobus qəzası ilə bağlı RƏSMİ MƏLUMAT - sürücü tutuldu

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu paytaxtda baş verən avtobus qəzası ilə bağlı birgə məlumat yayıb. Milli.Az-a daxil olan məlumatda qeyd olunu...