Donald Tramp cəzalandırıldı: Hər gün 10 min dollar pul ödəməli olacaq

Donald Tramp cəzalandırıldı: Hər gün 10 min dollar pul ödəməli olacaq
ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühakimə olunduğu iddiada tələb olunan sənədləri təqdim etmədiyi üçün cəzalandırılıb. 
 
Sfera.az bildirir ki, Tramp aktivlərinin dəyəri ilə bağlı dəqiq rəqəmlər göstərməkdən imtina edib. 

ABŞ-ın Nyu-York şəhərində yerləşən Manhetten Ali Məhkəməsinin hakimi Artur Enqoron Trampın məhkəməyə hörmətsizlik etdiyini əsas gətirərək onu pul cəzasına məhkum edib. Onun məhkəmənin tələblərini yerinə yetirənə qədər gündə 10 min dollar ödəməsinə qərar verilib. 

Donaldın vəkillərindən Alina Habba qərara etiraz edəcəyini deyib.  "Çağırış vərəqəsinə cavab verən bütün sənədlər aylar əvvəl baş prokurora təqdim edilib. Bu, məhkəməyə hörmətsizlik standartına uyğun gəlmir”, - deyə bildirib.

Qeyd edək ki, Nyu-Yorkun baş prokuroru Letitia Ceyms biznes təcrübələri ilə bağlı davam edən mülki araşdırmada sənədləri məhkəməyə vermədiyi üçün Trampın cərimələnməsini tövsiyə etmişdi.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

"Müharibə hələ uzun müddət davam edəcək" - SƏBƏBLƏR

"Rusiyanın Ukraynanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir ki, müharibə hələ uzun müddət davam edəcək”.   Sfera.az bil...

“Türkiyə restoranlarından, avtomobillərindən istifadə etməyin” – Deputatdan BOYKOT ÇAĞIRIŞI

NATO-ya üzv olmaq üçün rəsmi müraciət edən Finlandiyada Mərkəz Partiyasının üzvü Mikko Karna insanları Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq edənə qədər t...