DİN-dən "Rəisim" mahnısına reaksiya - VIDEO

DİN-dən
Xəbər verdiyimiz kimi, Azərbaycanda sevgilisi olan polis rəislərindən bəhs edən mahnı klipi çəkilib. Ötən gün sosial şəbəkələrdə yerləşdirilən klip maraqla qarşılanıb. Gənc müğənni Mujgan Ayxan tərəfindən ifa edilən "Rəisim" adlı mahnının sözlərində də sevgilisi olan rəislər vəsf olunub. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin fikirlərini öyrənməyə çalışdıq. E.Hacıyev Demokrat.az-a açıqlamasında bunları deyib:

"İstənilən təbliğat maarifləndirmədə faydalı olur. Polisin fəaliyyəti insanlara görə yox, insanların əməllərinə görə dəyişir. Polis sıralarında olan hər bir əməkdaş xalqın övladıdır. Bu mənada görülən işlər, həyata keçirilən tədbirlər polisin fəaliyyətinin əsasıdır. Ancaq hamı razı qala bilməz, çünki mübahisəlidir. Polisdən o insan razıdır ki, qanunlara ehtiramla yanaşır, ictimai münasibətlərə, hüquq qaydasına şərtsiz əməl edir”.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...