“Davamiyyəti normal olmayan şagirdlərin qəbul imtahanlarına buraxılışı məhdudlaşdırılsın!” – TƏKLİF

“Davamiyyəti normal olmayan şagirdlərin qəbul imtahanlarına buraxılışı məhdudlaşdırılsın!” – TƏKLİF
"Bu gün "kölgə təhsili” birmənalı şəkildə tədrisin normal gedişinə mənfi təsir göstərir. Xüsusən 10-11-ci sinifdə təhsil alan şagirdlərin demək olar ki, böyük əksəriyyəti orta məktəblərə getmirlər”.
 
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, qeyd edilən faktın əsas səbəbi məktəbin şagirdlərin vaxtını almasıdır. "Yəni ali məktəblərə qəbul olmaq istəyən şagirdlərə məktəb mane olur”, deyən müsahibimiz bildirib ki, Təhsil nazirliyi problemi aradan qaldırmaq üçün şagird yerdəyişmələrini elektron şəkildə həyata keçirdi:

"Daha çox şagirdlər 9-cu sinfə keçəndən sonra adlarını rayon, məcburi köçkün məktəblərinə yazdırırdılar, özləri isə orada olmurdular. Bu , ilk növbədə onların gələcəyinə mənfi təsir göstərir. Çünki şagirdlər məktəbə gedəndə tam şəkildə zəruri bilik və bacarıq almasalar da, sosiallaşırdılar. Amma hazırlıq kurslarında onlar yalnız bütün gün şəhərin bir tərəfindən digər tərəfinə gedirlər. Demək olar ki, sosiallaşmadan kənarda qalırlar”.
 
Ekspert qeyd edib ki, ikinci ciddi problem tədrisin gedişidir:

"Belə ki, 10-11-ci siniflər üçün dərs deyən müəllimlər auditoriyaya girən zaman görəndə ki, əslində 20-30 uşaq olmalı idisə, 4-5 şagird var və bunlar da əsasən oxumayan şagirdlərdir, bu, tədrisin keyfiyyətinə, müəllimin peşəkarlığına mənfi təsir edir. Hesab edirəm ki, bu problemlərin qarşısını almaq üçün öncə ali məktəblərə qəbul prosesini sadələşdirməliyik. Bu gün qəbul imtahanları məcburi olaraq, uşaqlarımızın məktəbdən kənar qalmasına gətirib çıxarır. Digər tərəfdən qaydalar da sərtləşməlidir. Yəni şagirdlər məktəbə gedəndə girişdə barmaq izi turniki quraşdırmaq lazımdır ki, onlar bunun vasitəsilə məktəbə daxil olsunlar və sonda davamiyyəti normal olmayan şagirdlərin qəbul imtahanlarına buraxılışı məhdudlaşdırılmalıdır. Biz yalnız bununla şagirdlərin dərsdə iştirakını təmin edə bilərik”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi - RƏSMİ

Nazirlər Kabineti "Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi B...

MİQ imtahanlarına buraxılmayanlarla bağlı yeni QƏRAR verilə bilər? - Ekspert AÇIQLADI

Son günlər bakalavr ixtisası fərqli, magistr təhsili müəllimlik olanların MİQ-də iştirak edə bilməməsi müzakirə obyektinə çevrilib. Bu baxımdan "Baza təhsili ol...

“Adam 4-5 il ərzində təhsil aldığı ölkənin dilini bilmirsə...” – Diplomlar niyə tanınmır?

Xaricdə təhsil alan bəzi şəxslərin diplomlarının tanınmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Diplomların tanınmamasına əsas kimi sərhəd keçmən...

Azərbaycanda ali məktəblərdə qış tətilinin müddəti 10 gün uzadıla bilər

"Omikron” infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə l...

“Magistraturaya hazırlaşan bakalavrlara ikinci şans verilməlidir...” – Kamran Əsədov

Magistraturaya qəbul imtahanının ikinci dəfə keçirilməsi ilə bağlı konkret qərar yoxdur. Bəzi şəxslər ötən il sərt karantin zərurəti ilə ikinci imtahan...

Azərbaycanda məktəblər bağlana bilər? - RƏSMİ AÇIQLAMA

Hal-hazırda 9 məktəb və 299 sinif distant təhsilə keçib Sfera.az xəbər verir ki,  bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur...