“COVİD-19 fəsli infeksiyadır, özünüzü bu dərmanlarla zəhərləməyin!” – Professordan XƏBƏRDARLIQ

“COVİD-19 fəsli infeksiyadır, özünüzü bu dərmanlarla zəhərləməyin!” – Professordan XƏBƏRDARLIQ
"COVİD-19-un yüksək patoloji fəallığı yalnız bir il, yəni dörd fəsil davam edərək, 2021-ci ilin baharında tamamlandı. Hazırda o, lokallaşıb sönməkdə olan fəsli infeksiyalardan biridir”.

Bunu Sfera.az-a açıqlamasında tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. O bildirib ki, koronavirus haqqında yalnız keçmiş zamanda danışılmalı və müzakirələr də bir məqsədə xidmət etməlidir: 

"Pandemiya davam etdiyi müddətdə bu infeksiyanın müalicə və profilaktikası istiqamətində, strategiyanın qurulması və taktiki gedişlərdə, hansı ciddi səhvlərə yol verilib? Bu səhvlər araşdırılmalı, təhlil edilməli və onlardan nəticə çıxarılmalıdır. Keçən yaz yoluxma və ölüm halında kəskin artım, COVİD-19-un  "əsrin faciəsi” olması fikrinin insanların beyninə yeridilməsinin nətisəsi olaraq, əksəriyyətin profilaktik məqsədlə müxtəlif antiviral preparatları, geniş təsir spektrli antibiotik və sair kimi lazımsız dərmanları qəbul etməsi idi. Sağlam şəxslərin immunomodulyator və ya antiviral preparatları qəbul etməsi, şəxsin öz-özünə qəsd etməsidir”.

Mütəxəssis qeyd edib ki,  immunomodulyatorlar koronavirusa yoluxma halında "sitokin fırtınasını” tətikləyir, antivirallar isə, nəzarətsiz qəbulda neyro-humoral və immun sistemi dağıdır:

"İnsanlar apteklərdən "od qiymətinə” aldığı – hətta bəziləri bu dərmanları almaq üçün, banklardan kredit götürürdülər - və virusa yoluxmamaq məqsədilə qəbul edib, özlərini zəhərlədikləri antivirallardan hansının, COVİD-19-un  bu günkü müalicə protokollarında olduğuna baxsınlar. Digər tərəfdən keçən payızda yoluxmanın artmasının səbəbi isə, uzunmüddətli sərt karantin tədbirlərinin nəticəsi olaraq, virus və canlı orqanizm arasında birgə yaşayış prinsipinin pozulması idi. 

Hazırda koronavirusa yoluxmayan bir nəfər belə insan yoxdur. İstər bu, istər kütləvi vaksinasiyanın nəticəsi olaraq, formalaşan kollektiv immunitet, istərsə də virusda növbələşən genom mutasiyası, koronavirusu fəsli infeksiyaya çevirib. Yoluxmada müşahidə olunan hazırkı artım mütləq qanunauyğunluqdur. Bundan qorxmaq lazım deyil”.

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Covid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir. Sfera.az xəbər verir ki, bunu Çin-yapon bir...

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.   Sfera.az xəbər verir...

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı ...

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.   Sfera.az xəbər verir ki, b...

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Kimlərə səhər yumurta yemək olmaz? - Endokrinoloqdan açıqlama

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur. Sfera.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəliklə...