Cəzaçəkmə müəssisəsindən qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi?

Cəzaçəkmə müəssisəsindən qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi?
İlk cinayət əməlini 1992-ci ildə törədən, ardınca eyni əmələ - oğurluğa görə məhkumluq həyatı yaşayan şəxs 2002-ci ildə cəzaçəkmə müəssisəsindən qaçıb. 19 il azadlıqda yaşayan şəxs aldığı oğurluq maşına görə həbs edilib.

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Haşimimüqəddəm Mirhəsən 1992-ci, 1995-ci və 1997-ci illərdə oğurluq əməlləri törədib. Buna görə də cinayət məsuliyyətinə cəlb edilib və bir neçə il həbsxanada qalıb. 2000-ci ildə ona təyin edilmiş ümumi cəza 7 il 4 ay olaraq nəzərə alınıb. Cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar verilib.

Mirhəsənin atası və anası 1946-cı ildə İrandan Azərbaycana köç ediblər. Atası kənd təsərrüfatı institutunu bitirdikdən sonra təyinatı Quba rayonuna verildiyi üçün orada yaşamağa başlayıb. O da 1967-ci ildə Qubada doğulub. Qubada 8-ci sinifə qədər oxuduqdan sonra Sumqayıt şəhərində yerləşən texnikumda 2 il təhsili alıb. Amma təhsilini yarıda qoyub. Bundan sonra 3 dəfə oğurluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib.

2000-ci ildə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra evə gedib-gələn zaman tanış olduğu bir xanımla ailə həyatı qurub, bir qız övladları dünyaya gəlib. Mirhəsən 2002-ci ildə cəzaçəkmə müəssisəsindən qaçaraq 19 il gizlənməyi bacarıb.

Cəzaçəkmə müəssisəsindən qaçmasınının səbibini danışan Mirhəsən bildirib ki, övaldı üçün darıxırmış:
"Yeni ailə həyatı qurmuşdum. Ailəm üçün çox darıxırdım. Cəzaçəkmə müəssisəsindən qaçaraq piyada Xaçmaz rayonuna getdim. Həmin vaxt ailəm Sabunçu rayonununda kirayədə yaşayırdı. Bakıya gələndə tikintilərdə fəhləlik eləməyə başladım. 2003-cü ildə tanışım Samir dedi ki, Yaşar adlı şəxs öz evinə gözətçi axtarır. Onunla görüşərək təklifini qəbul etdim. Ailəmlə birlikdə onun evində qaldıq. Həyətinə baxır, bağbanlıq edirdim”.

19 il sonra necə saxlanılması haqda danışan Mirhəsən bildirib ki, 2020-ci ildə Valeh adlı maşın alverçisindən 2200 manata "VAZ -Oka" markalı avtomobil alıb.

"Həmin maşının oğurluq olduğunu bilmirdim. Valeh maşının sənədlərinin itdiyini demişdi. Özüm də axtarışda olduğum üçün həmin sənədləri almağa cəhd eləmədim. Təxminən bir il sonra polis əməkdaşları yaşadığım evə gəldi. Maşının axtarışda olduğunu deyib məni polisə apardılar. Orda bildilər ki, mən də axtarışdayam”.

Elə həmin gün həbs edilən və əməlindən peşman olduğunu deyən Mirhəsən bildirib ki, cəzaçəkmə müəssisəsində ona heç kim kömək etməyib. Oradan qaçdığını isə yalnız həyat yoldaşına deyib.

Mirhəsənin cinayət işi üzrə məhkəmə iclasında hadisə zamanı cəzaçəkmə müəssisəndə çalışan nəzarətçilər də dindirilib. Hadisədən 20 ilə yaxın bir vaxt keçib və indi onların hamısı təqaüdə çıxıblar. Şahid kimi dindirilən şəxslər bildiriblər ki, Mirhəsən cəzaçəkmə müəssisəsindən qaçanda heç kimə xəsarət yetirməyib, ona heç kim kömək etməyib.

Mirhəsənin həyat yoldaşı da dindirilən zaman eyni məzmunlu ifadə verib.

Şabran Rayon Məhkəməsi Haşimimüqəddəm Mirhəsənə əvvəlki oğurluq əməllərinə görə cəza təyin etməyib. Məhkəmə Mirhəsənin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2000-ci ildə ona təyin olunmuş cəzanın çəkilmiş hesab edilməsi ilə əlaqədar hazırda ona törədilməsi istinad olunan cinayət əməlinin öz aktuallığını itirməsini və törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınıb.

Məhkəmə Mirhəsənə Cinayət Məcəlləsinin 304.1-ci (Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması. İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib və ona 5 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası həbs edildiyi gündən hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...