Cəlilabadda orta məktəbin döşəməsi və tavanı çökdü - FOTOLAR

Cəlilabadda orta məktəbin döşəməsi və tavanı çökdü - FOTOLAR
Cəlilabad rayonunun Musalı kənd tam orta məktəbinin döşəməsi və tavanı çöküb.

Sfera.az xəbər verir ki, valideynlər bu səbəbdən övladlarını məktəbə göndərmirlər.

Valideynlərin sözlərinə görə, bundan başqa məktəbdə istilik də yoxdur: "Məktəbdə 196 şagird təlim-tərbiyə alır. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən 1-4-cü sinif şagirdləri bu məktəbə gəlir. Digər 5-11-ci sinif şagirdləri isə qonşu Zəhmətabad kənd orta məktəbinə gedirlər. Məktəb tikiləndən bəri bir dəfə də olsun burada təmir işləri aparılmayıb".

Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən "Report"un yerli bürosuna bildirilib ki, məktəbin vəziyyəti ilə bağlı aidiyyəti orqanlara məlumat verilib: "Yaxın vaxtlarda yeni məktəb binası tikiləcək".

Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Ukraynada azərbaycanlıların yaşadığı məhəllə "Qrad" atəşinə tutuldu - FOTOLAR

Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə "Qrad" atəşinə tutulub. Sfera.az xəbər verir ki, bu barədə "Report”a Ukrayna Milli P...

Cəlilabadda orta məktəbin döşəməsi və tavanı çökdü - FOTOLAR

Cəlilabad rayonunun Musalı kənd tam orta məktəbinin döşəməsi və tavanı çöküb. Sfera.az xəbər verir ki, valideynlər bu səbəbdən övladlarını məktəbə göndərm...

Gəncədə FACİƏ: ev yandı, ata və iki övladı öldü - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. ...

Ucarda dəhşətli qəza: 5 ölü, 2 yaralı var - FOTO

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndin...

Ermənilər Ağcabədiyə raket atdı, qəbiristanlıq dağıldı - FOTOLAR

Ermənistan silahlı qüvvələri Ağcabədi rayon ərazisini yenidən atəşə tutub. Oktyabrın 31-də düşmənin növbəti dəfə atdığı raketlərdən biri rayonun İmamqulub...

“Smerç”lə vurulan Bərdə - FOTOLAR

Xəbər verdiyimiz kimi, düşmən Bərdə şəhərini raket atəşinə tutub. Şəhər "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutulub. Ölən və xəsarət alanlar v...