Cəbhədə 15 düşmən tankı vurulub, 16 şəhid vermişik – VİDEO

Cəbhədə 15 düşmən tankı vurulub, 16 şəhid vermişik – VİDEO

Azərbaycan ordusu erməni qərargahını darmadağın etdi.

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar.

Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.

Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Hazırda cəbhədə əldə edilən əməliyyat üstünlüyünü saxlamaq məqsədilə Silahlı Qüvvələrimiz müvafiq tədbirlər həyata keçirirlər.

]


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edi...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutdu- RƏSMİ

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxı...

Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO

Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları  sistemi satmağı dayandırmışdı. Sfera.az xəbər...

Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vurdu

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensi...