Bürclərin cinsi həyatı: Yataqda kimlər bir-biri ilə uyğunlaşır?

Bürclərin cinsi həyatı: Yataqda kimlər bir-biri ilə uyğunlaşır?
Bürclərin həyatımıza təsir etdiyi, insana dair bir çox mövzuda məlumatlar verdiyi heç kimə sirr deyil. Bürclər, həmçinin cinsi həyata da təsirsiz ötüşmür. Yataqda kimlərin  bir-birinə daha uyğun olduğunu da bürclər əsasında müəyyən etmək mümkündür.
 
Sfera.az bu barədə yazını təqdim edir: 

Qoç bürcü kişisi – Cinsi performası güclü olan qoçlar olduqca inadçı şəxsiyyətə sahibdirlər. Lider tərəfi basqın olduğu üçün sevgi münasibətlərində də özünü ön planda tutmağı sevirlər. Baxımlı, zarafatcıl və diqqət çəkəndirlər. İnadçı olduqlarına görə, onunla mübarizə aparan, döyüşkən ruhlu qadınlara aşiq ola bilirlər. Özünə fikir verən, cazibədar şəxsləri sevirlər. Qoç kişilərini özünüzə bağlamaq istəyirsinizsə, xarici görkəminizə də önəm verməlisiniz. 
 
Qoç qadını – Yaşam dolu və istiqanlıdırlar. Dürüst şəkildə düşüncələrini deyər, ağılsızlıqlara yol verməz. Macəra sevən və çılğın tiplər olurlar. Dostlarına məsləhət verməyə, yardım etməyə hazırdırlar. Yaxşı ana və həyat yoldaşı ola bilirlər. Amma mütəmadi olaraq ev işləri görməkdən tez bezirlər. 

Uyğun olduqları bürclər – şir, oxatan, qoç, buğa
Uyğun olmadıqları bürclər – xərçəng, tərəzi, oğlaq

Buğa bürcü kişisi – Cinsi həyatlarında diqqət axtaran və bundan təsirlənən buğalar sevgi həyatlarında onlara güvən verən qadınları sevir və sadiq qalırlar. Sonsuz eşqə bu formada çata biləcəklərini düşünürlər. Buğa kişisinin qəlbinə girmək üçün xanımsayağı davranışlarınız əhəmiyyətlidir. Onunla evlənməyi planlayırsınızsa, sədaqət və güvənin ön planda olduğunu bilməlisiniz.

Buğa bürcü qadını – Kişilərə nisbətən daha yumşaq xarakterləri olur. Güvən ehtiyacı ona pul qazanmaq və qənaət etmək bacarıqlarını inkişaf etdirməyə imkan verir. Rahat həyatı sevir. Bəzən aylarla pul yığdıqdan sonra onu əyləncəyə xərcləyə bilərlər.  O, nə idealist, nə də xəyalpərəstdir. Kifayət qədər balanslaşdırılmış və konstruktivdir. Buğa qadını inadkarlığı ilə məşhurdur. Onun üçün fiziki cəlbedicilik vacibdir. Platonik sevgiyə qapılmır və münasibətlərində düzdür. Sevgisi qarşılıqsız qalanda hislərə davam etməz.  O, asan aşiq olmur, aşiq olanda bütün həyatını verir. Özünə güvənəndə çox şirin və romantikdir. 

Uyğun olduqları bürclər - buğa, Qız, Oğlaq, Əkizlər
Uyğun olmadıqları bürclər – şir, Əqrəb, Dolça

Əkizlər bürcü kişisi – Rahat və dəyişkəndirlər. Sevgi münasibətlərində qərarsızlıqları ilə diqqət çəkirlər.Əgər qəlbini fəth etmək istəyirsinizsə, ağıllı, intellektual olmalısınız.  Sədaqət onlar üçün çətin anlayışdır. Adətən çox partnyorluğu sevirlər.

Əkizlər bürcü qadını – Soyuqqanlı, əyləncəli, ağıllıdırlar. Hər yerə uyğunlaşa bilirlər, heç vaxt xəyal dünyasında yaşamırlar. Bir neçə saat içində sevə, nifrət edə, başdan çıxara bilərlər. Ətrafında hər zaman hərəkətlilik yaradırlar. 

Uyğun olduqları bürclər – əkizlər, tərəzi, dolça, xərçəng
Uyğun olmadıqları bürclər – qız, oxatan, balıq

Xərçəng bürcü kişisi - Eşq və cinsi həyatında həssaslığı ön planda tutan xərçənglər romantik və ata rəftarları ilə qarşısındakı insana güvən verir. Sahiblənir və partnyoruna tez bağlanır. Ətrafındakı insanlara qarşı həmişə mehriban və şəfqətli davranırlar. Özünü qarşıdakı insanın qoruyucu mələyi kimi hiss etdiyi biri onun üçün ideal sevgilidir. Anlayışlı münasibətinizlə onun ürəyini tez fəth edə bilərsiniz. Ancaq xərçəng kişilərinin həssas və yüksək gözləntili davranışları sevdikləri insanı özlərindən uzaqlaşdıra bilər. Əgər həqiqətən də axtardığı qadını tapsa, həyatını ona həsr edər.

Xərçəng bürcü qadını – Duyğusal olurlar, problemlərin həllində ustadırlar. İstəmədikcə tək qalmırlar, ancaq təkdirlərsə, bu, onun utancaqlığından, narahatlığından irəli gəlir. Başqalarının yüksələn və enən duyğularını süngər kimi udurlar. Analığın simvolu olan xərçəng yeri gələndə güclü və cəsurdur. Güvəni kişisindən alır. Ona qulluq və qorunmaq lazımdır.

Uyğun olan bürclər - xərçəng, Əqrəb, Balıq, Şir
Uyğun olmadığı bürclər – qoç, Tərəzi, Oğlaq

Şir bürcü kişisi – Keyfiyyətli olan hər şeyi sevirlər. Cinsi həyatında qarşı tərəfin rəğbətini qazananda daha çox bağlanırlar. Onlar aynaya baxanda performanslarını artıra bilərlər.  Onların qəlbinə girmək və həyatlarında yer tutmaq istəyirsinizsə, şəxsi baxımınıza diqqət etməlisiniz. Ailə həyatında sevimli, güclü, yaxşı ana ola biləcək qadınla evlənmək istəyərlər.

Şir bürcü qadını – Mükəmməl, sadiq, istiqanlı dostdurlar. Görünüşə önəm verirlər. Evlilikdə pul onlar üçün ön plandadır. Onlar pulsuz, köhnə avtomobil istifadə edən, atasından qalan paltarlar geyən adamlarla birlikdə olmaq istəməzlər. Şir qadınları həm də sevilmək arzusundadılar. 

Uyğun olduqları bürclər – şir, oxatan, qoç, qız
Uyğun olmadıqları bürclər - əqrəb, dolça, buğa

Qız bürcü kişisi – Cinsi həyatlarında belə sabun qoxusu ilə təhrik olan qız bürcü kişiləri təmiz, planlı tərəfləri ilə diqqət çəkirlər. Qarşısındakı insanı yönləndirməyə çalışan bu bürcün nümayəndələri sevgi münasibətlərində də eyni səhvi təkrarlayırlar. Bu səbəbdən partnyorlarını itirə bilərlər. Lakin məsum və təmiz ürəkləri qarşı tərəfin könlünü ələ almağa kifayətdir. Onun qəlbinə yol tapmaq istəyirsinizsə, qaydalara hörmət edən və yumşaq xarakterli olmaq bəsdir.

Qız bürcü qadını – Zəkası itidir, praktikdir və əl bacarıqlarına sahibdirlər. Evdəki bəsit kişi işlərini də uğurla görə bilirlər. Sadə, klassik geyim tərzini sevirlər. Göstərişə nifrət edirlər. Sərt görüntüləri kişilərə çəkici gəlir və onlarda buz dağının arxasındakı alovu kəşf etmək istəyi oyandırır. Analıq duyğuları inkişaf etməyib.

Uyğun olduqları bürclər – qız, buğa, oğlaq, tərəzi
Uyğun olmadıqları bürclər - əkizlər, oxatan, balıq

Tərəzi bürcü kişisi – Anlayışlı, yumşaq davranışları ilə hər kəsin ideal həyat yoldaşı olaraq görülür. Ən çətin insanlarla belə asan yola gedirlər, lakin təkbaşına qalmaqdan qorxurlar. Əgər bir tərəzi kişisi ilə birlikdəsinizsə, bəzən sizə çox diqqət göstərib sıxa bilər. Qadınlar, əyləncə dünyası və son trendlərlə çox maraqlanırlar. Xəyal qurmağı sevirlər.

Tərəzi bürcü qadını – Sevimli, canayaxındırlar. Həqiqi xoşbəxtlik üçün daim ortaq yaşamı paylaşa biləcəyi kişiyə ehtiyacı var. Bir evliliyi davam etdirə bilməzsə, ikinci üçün addım atmağa başlayar. Gözəlliyə aşiqdirlər, sənətçi ruhludurlar. Zövqü möhtəşəmdir, geyimində, makiyajında diqqətcildir. Aşiq olmağa meyllidirlər, ona görə tez bağlana bilərlər.

Uyğun olduqları bürclər – tərəzi, dolça, əkizlər, əqrəb
Uyğun olmadıqları bürclər – qoç, oğlaq, xərçəng

Əqrəb bürcü kişisi – Həyata qarşı güclü davranışları ilə seçilirlər. Duyğusal dərinliyə önəm verirlər. Sevgi həyatlarını ehtiraslı yaşayırlar, danışmadan belə partnyoru ilə bağlantı qura bilir. Sevdiyi insanı özünə aşiq etmir, hipnoz edir. Cinsi həyatı da, şəxsi münasibətləri də ehtiras doludur. Əgər qarşı tərəfin xoşbəxt olmasını istəyirsə, möhtəşəm performans nümayiş etdirəcək. İnsanları idarə etməyi sevdikləri üçün özlərindən zəif partnyor seçirlər.

Əqrəb bürcü qadını - Dost seçimində ehtiyatlı davranırlar. Adətən, sadiq olurlar. Onlara yaşam gücü verən cinsi enerjidir.  Bu bürcün nümayəndələri enerjilərini işə sərf etməyə də üstünlük verirlər. Sərt xarakterlərinə görə münasibətləri çox davam etməz. Onun həyat yoldaşı da güclü, qorxusuz olmalıdır.

Uyğun olduqları bürclər – əqrəb, balıq, xərçəng
Uyğun olmadıqları bürclər – dolça, buğa, şir

Oxatan bürcü kişisi - Sevimli, zarafatcıl və əyləncəli tərəfləri ilə hər kəsin rəğbətini qazana bilirlər. Evlilik üçün ehtiraslı bir sevgiyə üstünlük verən oxatanların cinsi həyatlarına baxışları da digər şeylərə yanaşma tərzləri kimidir. Şüurlu olaraq sevgili axtarmazlar. Evli qadınlar daha çox diqqətlərini çəkər. Amma əsl xoşbəxtliyi qoç və şir bürclərində taparlar. Birlikdə gəzmək, kəşf etmək istəyərlər və bu zaman bəsit münasibətlərə ehtiyacları olmaz.

Oxatan bürcü qadını – Adətən səthi olaraq xarakterizə edilir. Onun zaman planlaması pisdir, heç vaxt sözünə sadiq qala bilməz. Enerjili və şəndir. Mühafizəkar deyil və cinsi qadağalarla məşğul olmur. Onun azad ruhu var. Münasibətlərin ən sevgi dolu günlərində belə dərhal evlənəcəyini düşünmür. Düşünmədən hərəkətə keçir, harada və kiminlə olacağına özü qərar vermək istəyir. Bütün məsələlərdə bərabərliyin tərəfdarıdır, həm də cinsi təcrübə qazanmaq istəyir.

Uyğun olduğu bürclər - oxatan, şir, qoç, oğlaq
Uyğun olmadığı bürclər – balıq, qız, əkizlər

Oğlaq bürcü kişisi – Bu bürcün nümayəndəsi ilə əlaqəniz varsa, onu bilməlisiniz ki, bağlanmamışdan qabaq sizi tanımaq istəyər. Həqiqətən aşiq olanda asanlıqla buraxmır. Evlilik üçün adətən ailəsinin təsdiq edə biləcəyi insanlara üstünlük verərlər. Romantikadansa, işləmək onlar üçün maraqlıdır. Onun qadını israfcıl olmamalıdır. Bir qadın onu güldürə bilirsə, yolun yarısını keçib deməkdir.

Oğlaq bürcü qadını – Çalışqan, mübariz olurlar. Lazım olanda dişi görünə bilsələr də, normalda ciddi geyimlərə üstünlük verirlər. Qabağına çıxan hər adamla flört etməzlər, dürüstdürlər. Ümumi olaraq, işlərinə düşkün olurlar və gec evlənirlər.  Peşəsindən imtina etməsini istəyən kişi ilə uzun müddətli münasibətə girməzlər.

Uyğun olduqları bürclər – oğlaq, buğa, qız, dolça
Uyğun olmadıqları bürclər – tərəzi, qoç, xərçəng
 
Dolça bürcü kişisi –  Azadlıqlarına düşkün, yardımsevər olurlar.  Sevgi yerinə, dostluğa üstünlük verirlər. Diqqətini çəkən qadınla qarşılaşanda yatağa deyil, onun beyninə girməyə çalışarlar. Lakin bu, qadınların xarici görüşünə önəm vermədikləri anlamına gəlməz. Əgər elm dünyası ilə maraqlanırsınızsa, dolça kişisi sizə heyran qalacaq. Ağlı cinsi münasibətlərdə olan bürclərdən biridir. Peşəsinə önəm verən qadınları sevirlər. Həyat yoldaşının çox seksual olmasını gözləmir. 

Dolça bürcü qadını – Onların maraq obyekti insanlardır.  Kimdənsə xoşları gəlsə, heç çəkinmədən deyərlər. Sevgili ilə yanaşı, dost da axtarırlar. Evlənmək üçün seçdiyi adamı yaxşı analiz edər və onun da özü qədər azad olmasını istəyər. Şirin sözlərlə, komplimentlərlə bu qadınları aldada bilməzsiniz.

Uyğun olduqları bürclər – dolça, əkizlər, balıq
Uyğun olmadıqları bürclər – şir, buğa, əqrəb

Balıq bürcü kişisi – Anlayışlı, diqqətli, sevgi dolu davranışları ilə partnyorlarını özlərinə bağlaya bilirlər. Sevdiyi şəxsə qarşı sona qədər fədakarlıq etməyə hazırdırlar. Lakin bəzən xəyalpərəst düşüncələri sizi sıxa bilər. Cinsi həyatlarında da qarşı tərəfi xoşbəxt etməyə çalışarlar. Xarici görünüşə çox önəm vermirlər. Onun üçün əhəmiyyətli olan daxili dünya və mənəvi zənginlikdir.

Balıq bürcü qadını – Tam bir dişidir və qarşı cinsə diqqəti çoxdur. Hər kəsi qoruduğu üçün dostları arasında çarəsiz insanlar çox olur. Onun sevgisi min adama belə bəs edər. Onun istədiyi şeylər dinclik, gözəllik və əyləncədir. Tək yaşamaqdan xoşları gəlməz. 

Uyğun olduqları bürclər – buğa, oğlaq
Uyğun olmadıqları bürclər – tərəzi, qız

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...