Buğdanın qiyməti rekord qırdı: Yüksəlməyə davam edir

Buğdanın qiyməti rekord qırdı: Yüksəlməyə davam edir
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar buğdanın qiymətində baş verən artım martda da davam edib.
 
Sfera.az bildirir ki, Azərbaycanın da böyük miqdarda buğda idxal etdiyi Rusiyada xaricə satış üçün nəzərdə tutulan buğdanın bir tonunun orta qiyməti martda 412 dollara yüksəlib. Fevralda orta qiymət 316 dollar, yanvarda 332 dollar idi.

Rusiya buğda ixracına görə rüsum alır. Hər ton üçün rüsumun məbləği təxminən 100 dollardır. Buna görə də daxili bazarda satış qiymətləri ilə ixrac qiymətləri arasında kəskin fərq yaranır.

Rusiyada ixrac qiymətlərinin artması Qara dəniz limanlarında buğdanın çatdırılma xərclərini də bir qədər artırıb. Bahalaşmadan sonra 2022-ci ilin martında limanlarda buğdanın qiyməti 435 dollara yüksəlib. 
 
Rusiyada qiymətlərin artması səbəbindən Azərbaycan buğda idxalında üstünlüyü tədricən Qazaxıstana verir. Fevral və mart aylarında Qazaxıstandan idxalda artım müşahidə edilib.

Amma Rusiyada və Qara dəniz limanlarında buğdanın bahalaşması Qazaxıstandan idxal edilən məhsulun da dəyərini yüksəldir. Çünki Rusiya dünyada əsas buğda ixracatçısıdır və bu ölkənin qiymətləri artırması qlobal bazarlarda olan bütün qiymətlərə təsir edir.
Qeyd edək ki, buğdanın bahalaşması son 2 ildə dünyada tələbin güclənməsi ilə bağlıdır. Son 2 ildə tələb istehsal həcmini keçdiyinə görə qiymətlərdə davamlı artım baş verir.

Bunu qlobal istehsal və ticarət göstəriciləri də təsdiqləyir. 2019-2020-ci illər mövsümündə dünyada buğda istehsalı 762 milyon ton, istehlak isə 747 milyon ton idi. İstehsal istehlakdan çox olduğundan qiymətlər aşağı düşmüşdü. Amma 2021-ci ildə buğda istehsalı 776 milyon ton olduğu halda istehlak 782 milyon tona, 2022-ci ildə isə istehsal 779 milyon ton olduğu halda istehlak 791 milyon tona yüksəlib. Artıq ikinci ildir ki, qlobal istehlak miqdarı istehsalı ötür və bu vəziyyət qaldıqca buğda qiymətlərinin yüksəlməsi labüddür.

Proqnozlara görə, əgər Ukraynada müharibə dayanmasa, o halda, qlobal səviyyədə istehsalda artımı təmin etmək mümkün olmayacaq və buğdanın qiyməti bir qədər də yüksələcək.

Vasif
Sfera.az  

OXŞAR XƏBƏRLƏR

Pomidor-xiyar bu tarixdən sonra ucuzlaşacaq

"Mövsümi meyvə və tərəvəzlərlə bağlı qiymətlər həmişə ilkin zamanlarda yüksək olur. Ola bilər ki, 10-20 gündən sonra olmasa da, iyuna doğru qiymətlərdə ucuzlaşm...

Kitabların ƏDV-dən azad edilməsinin hansı müsbət təsirləri olacaq? - Ekspertdən açıqlama

"Azərbaycan dilində lazımi kitabların tapılmaması müstəqilliyin ilk günlərdən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalır”.   Sfera.az-ın məl...

Hansı bölgələrdə bağ evlərinin kirayə qiyməti yüksəlib? – SİYAHI

Yay fəslinə yaxınlaşdıqca istirahət üçün kirayə bağ evlərinə üz tutanların sayı çoxalır. Kirayə mənzillərə tələbat isə daha çox Bakı kəndləri və bölgələr ü...

Maaş və təqaüdlər yenidən ARTA BİLƏR

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,85 ABŞ dolları, yaxud 2,57 % artaraq 113,55 ABŞ dollarına çatıb. Dünən "Bre...

Rusiyanın ən böyük dövlət kommersiya bankı SWIFT-dən ÇIXARILIR - 6-cı SANKSİYA PAKETİ

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropa parlamentində çıxışı zamanı Rusiyaya qarşı tətbiq ediləcək 6-cı sanksiya paketi haqqında danışıb. ...

Avropa rus kömüründən və neftindən imtina edir - Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) ölkələri bu yay Rusiyadan kömür idxalından, ilin sonunda isə Rusiyadan neft idxalından imtina edəcək. Sfera.az xəbər verir ki, bu açı...