"Bu müharibə hələ uzanacaq, növbəti hədəf..." - AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı, "Rusiya Ukraynada dayanmağı planlaşdırmır. Putinin təbliğat maşını açıq şəkildə bəyan edir ki, Avropa Ukraynadan sonra "növbəti hədəfdir”, deyə bildirib.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı Zelenskinin fikirlərində həqiqət olduğunu deyib:

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov da rus əsgərlərinin ərazilərdən çıxmayacağını, ancaq  şərtləri qəbul olunduqdan sonra bunun ola biləcəyini demişdi. Fikrimcə, bu müharibə hələ uzanacaq, Qərb və ABŞ da bunu istəyir. Müharibə nə zaman bitəcək? -  Vaşinqtonun maraqları təmin edilərsə, Ukrayna ərazisində son rus əsgəri Donbass və Luqanskın Ukrayna ərazi bütövlüyü çərçivəsində olarsa və ən önəmlisi Putin iqtidardan devrilə və ya gedərsə....”.

Müsahibimiz deyib ki, Donbass və Luqansk ətrafında ağır müharibə olacaq:

"Bu, Ukrayna-Rusiya müharibəsinin taleyini həll edəcək – ya sülh, ya da atəşkəs olacaq. Ancaq Rusiya bu müharibədə onsuz da məğlub olub, hazırda Mariupol ətrafında döyüşlər gedir. Düşünürəm ki,  Avropa da bundan sonra Ukraynanın istədiyi silahları və digər hərbi yardımları edəcək”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Türkiyənin tələbləri yerinə yetiriləcəkmi? - "NATO çalışacaq ki..."

"Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi fonunda Türkiyə ilə yaranan polemika düşünürəm ki, öz həllini tapacaq ".   Bunu Sfera.az-a açıqlamasında po...

"Ermənistan müxalifəti çay gəlməmiş çırmanmağa başlayıb" - ŞƏRH

Ermənistanda "Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərba...

“KTMT “süni nəfəs aparatına” qoşulub" - NATO ilə əməkdaşlıq arzusuna REAKSİYA

Dünən Rusiyanın paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib, yekun bəyanat...

Finlandiya İsveç qərarını verdi: Türkiyənin şərti nə olacaq?

Finlandiya NATO-ya qoşulacaq. Belə ki, Prezident Sauli Niinisto və baş nazir Sanna Marin rəsmi Helsinkinin müraciətini alyansa təqdim edib. Niinisto ölkəsinin N...

Kreml Bakını “KTMT tələsi”nə sala biləcəkmi? – “Bakı yayınır, Tehran isə...”

"Rusiya təklənmiş durumdadır və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Elə bu səbəbdəndir ki, Kollektiv Təhlükəsizl...