"Bu, ikiüzlü siyasətdən başqa bir şey deyil” - Politoloq

İran İslam İnqilabı Keşikçiləri Korpusu - "Sepah” və İranın kəşfiyyat nazirliyinə yaxın media qurumları 22-23 aprel tarixində Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayına qarşı təxribat xarakterli yazılar dərc edir. Həmin yazılarda qurultay "pantürkistlərin anti-İran toplantısı” kimi təqdim edilir
Maraqlıdır, Dünya Azərbaycanlılarının V Qurultayı cənub qonşumuz İranı niyə bu qədər narahat edir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, İranı qurultayın adındakı "Dünya azərbaycanlıları” ifadəsi qorxuya salıb:

"Dünya azərcbaynlıları deyərkən İranda yaşayan 40 milyondan çox azərbaycanlı da nəzərdə tutulur. Görünür, məhz bu, onlarda qıcıq yaradır. Buna görə də mövcud hakimiyyətin kurasiyasında olan media qurumları üzərindən Azərbaycana qarşı sözdə təzyiq xarakterli provokativ yazılar dərc edilir.

Ümumiyyətlə, İran mürəkkəb qonşudur. Biz nə qədər bu ölkə ilə dost, tərəftaşlıq formatında münasibətləri inkişaf etdirmək istəsək də, rəsmi Tehran hər dəfə bizi məyus etməyi bacarır. İran müəyyən vaxtlarda dost, tərəfdaşlıq motivli açıqlamalar versə də, görürsən ki, dövlət nəzarətində olan media qurumlarında atniazərbaycan ruhlu məqalalər dərc olunur. Bu, təkcə Dünya Azərbaycanlılarının V Qurultayı ilə əlaqədar deyil. Biz illərdir bunun şahidi oluruq”. 
 
E. Şahinoğlunun sözlərinə görə, Azərbaycan müstəqillik qazandığı vaxtdan bu günə qədər müxtəlif vaxtlarda 4 qurultay təşkil edib:

"Bundan başqa istər mərhum prezident Heydər Əliyev, istərsə də İlham Əliyev xarici ölkələrə səfəri zamanı həmin ölkələrdə yaşayan, təhsil alan azərbaycanlılarla görüşlər keçirib. Bu görüşlərdə İran azərbaycanlılarının da iştirak etməsi təbiidir. Bu o demək deyil ki, Azərbaycan İranı hədələyir, ya da onun suverenliyinə, ərazi bütövlüyünə təhdid yaradır. 

İran da bənzər şəkildə dünya iranlıların qurultayını keçirə bilər. Belə bir qurultayda Azərbaycanda yaşayan iranəsilli vətəndaşlar da iştirak edə bilər. Mən əminəm ki, bu, Azərbaycanda qıcıq yaratmaz”. 
 
Politoloq qeyd edib ki, həm Rusiya, həm də İran Azərbaycana qarşı ikiüzlü siyasət yeridir:

"Necə ki, Rusiya Azərbaycana qarşı rəsmi şəkildə nəsə demir, əvəzində bunu Mixail Delyagin, Aleksandr Şerin kimi "deputatlar” üzərindən deyir, İran da eyni davranış sərgiləyir. Bu, ikiüzlü siyasətdən başqa bir şey deyil”.  

Turan Rzayev
 
 

OXŞAR XƏBƏRLƏR

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Türkiyənin tələbləri yerinə yetiriləcəkmi? - "NATO çalışacaq ki..."

"Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi fonunda Türkiyə ilə yaranan polemika düşünürəm ki, öz həllini tapacaq ".   Bunu Sfera.az-a açıqlamasında po...

"Ermənistan müxalifəti çay gəlməmiş çırmanmağa başlayıb" - ŞƏRH

Ermənistanda "Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərba...

“KTMT “süni nəfəs aparatına” qoşulub" - NATO ilə əməkdaşlıq arzusuna REAKSİYA

Dünən Rusiyanın paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib, yekun bəyanat...

Finlandiya İsveç qərarını verdi: Türkiyənin şərti nə olacaq?

Finlandiya NATO-ya qoşulacaq. Belə ki, Prezident Sauli Niinisto və baş nazir Sanna Marin rəsmi Helsinkinin müraciətini alyansa təqdim edib. Niinisto ölkəsinin N...

Kreml Bakını “KTMT tələsi”nə sala biləcəkmi? – “Bakı yayınır, Tehran isə...”

"Rusiya təklənmiş durumdadır və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Elə bu səbəbdəndir ki, Kollektiv Təhlükəsizl...