Bu günün ən şanslı bürcü hansıdır? – Ulduz falı
11:48 / 11.12.2021
2003
Ay Balıqlar
bürcündə hərəkət edir. Başqalarının haqlarına, reallıqlarına həssas olun və
onların həyatını tənqid obyektinə çevirməyi dayandırın. Yaxşı şeylər yaşamaq
istəyirsinizsə, yaxşı şeylər edin. İnsan insanın güzgüsüdür. Güzgüdə görmək istədiyiniz
insan olun.
İndi isə
Sfera.az 11 dekabr tarixinin qoroskopunu təqdim edir:
Buğa bürcü
- Qısqanclıq mövzusu gündəminiz ola bilər və lazımsız gərginlik yaşaya bilərsiniz.
Bu vaxtlar söhbətlərinizə və sözlərinizi paylaşdığınız insanlara diqqət yetirməlisiniz. Siz anlaşılmazlığa çox
meyillisiniz. Yalnız olmaq sizin üçün yaxşı gələ
bilər.
Əkizlər bürcü - Uzun
müddətdir beyninizi məşğul edən maliyyə və hüquqi problemlərinizi həll etmək
üçün yeni axtarışlara başlaya bilərsiniz. Bu mövzuda ətrafınızdan dəstək ala
bilərsiniz. Bu gün hədəflərinizə çatmaq üçün daha çox işləməyə hazır olmaq,
gününüzü aktiv edə bilər. Davamlı hərəkətliliyiniz
sizi bir addım irəli apara bilər.
Şir bürcü- Bu gün ikitərəfli münasibətlərdə və sevgi
münasibətlərində əla gündür. Bu gözəl vaxtdan yararlanın. İstədiyiniz mövzu və
ya vəziyyət haqqında danışmaq üçün doğru zamandır. Sevdiyiniz insana onu
sevdiyinizi deyin. Bu günlərdə sağlamlığınıza daha çox diqqət yetirin. Özünüzə
bəhanələr taparaq idman etməkdən qaçmayın. Bir az hərəkət edin,
bu, sizin üçün
çox yaxşı olar.
Qız bürcü - Ətrafınızla bağlı bəzi
problemlər yaşaya bilərsiniz və nəzarətinizdən kənar bəzi vəziyyətlərlə qarşılaşa
bilərsiniz. Belə vaxtlarda üslubunuz sərt və təhqiredici ola bilər. Danışarkən
diqqətli olmalısınız. Sərhədlərinizi qarşı tərəfə göstərməlisiniz. Münasibətlərinizdə
daha sərbəst olmalısınız.
Tərəzi bürcü - İş
həyatında ünsiyyət trafikiniz arta bilər. Şəxsi vaxtınızın çoxunu işə qurban
vermək partnyorunuzu narahat edə bilər və bu, münasibətlərinizə
də yansıya bilər. Belə vaxtlarda əsəbi olmaq əvəzinə daha konstruktiv olmağa
diqqət yetirməlisiniz. Belə vəziyyətləri dəyərləndirərkən hadisələrə partnyorunuzun
gözü ilə baxmağa çalışmalısınız.
Əqrəb bürcü - Siz
hələ də keçmiş münasibətlərinizlə bağlı bəzi suallara cavab axtarırsınız. İndi
keçmişi geridə qoymağın vaxtıdır. Həyatın yeni və yaşana bilən tərəflərini
tutaraq yaşamınızı rəngləndirin. Özünüzlə etdiyiniz hər şeydən həzz alın.
Yeni insanlarla yeni mühitlərə daxil olun. Yenilənmə enerjisi sizə xeyir verəcək.
Oxatan bürcü - İşgüzar dairənizin diqqətini cəlb edə və bu gün işinizə görə rəhbərlər tərəfindən
təqdir qazana bilərsiniz. Həm iş, həm də şəxsi həyatınızla bağlı inkişaflar
motivasiyanızı artıra və sizi gələcəyə həvəsləndirə bilər. Ailənizlə bağlı məsələlər
gündəminizdə ola bilər. Özünüzü həmin hadisələrə kökləməklə günü dəyərləndirin.
Oğlaq bürcü -
Bu gün çıxışlarınızda aqressiv və birmənalı
olmayan cümlələrdən istifadə edə bilərsiniz. Bu gün danışdığınız hər şeyə fikir
verməli, etdiyiniz hər şeyi diqqətlə planlaşdırmalı, tez qərarlar verməməlisiniz.
Maliyyə baxımından gəlir və xərc balansınıza fikir verməlisiniz. Ani hadisələr sizi bir az sarsıda bilər.
Dolça bürcü -
Yenilikçi ruhunuz bu gün görəcəyiniz işlərdə sizi aktiv edə bilər. Çılğın
ideyalarınız üçün tərəfdarlar axtarıb onları qarşı tərəfə çox yaxşı sata bilərsiniz.
İş yoldaşlarınızla söhbətlərinizə diqqət yetirin. Gündəlik planlarınızda bəzi
problemlərlə qarşılaşa bilərsiniz, səbirli olun.
Balıqlar bürcü -
Sizi narahat edən nə olursa olsun, onları həll etmək üçün hərəkətə keçmək olar. Özünüzü tək hiss edə və o tənhalığı dibinə qədər hiss edə bilərsiniz.
Haqsızlıqlarla qarşılaşa və özünüzü sorğuladığınız bir prosesdə ola bilərsiniz.
Özünüzə çox sərt davranmayın və özünüzdən başqa çıxış yolları axtarmayın.