“Bu gün “zerkalni” tarixdir, ana olmaq üçün yarış başlayacaq” – Pediatr
10:56 / 22.02.2022
718
"Bu gün "zerkalni” tarixdir,
yəqin ki, bir çox hamilə qadın uşaq
dünyaya gətirəcək”.
Bunu Sfera.az-a açıqlamasında pediatr Vaqif Qarayev deyib. Həkim son zamanlar autizm xəstəliyinin geniş yayıldığını deyib. Mütəxəssis buna səbəb kimi qeysəriyyə əməliyyatlarını göstərib:
"Son illər dünyada uşaqlar autizm bəlasına düçar olub. Bunun səbəbi barədə müxtəlif fikirlər səsləndirilir, amma hələlik ciddi elmi mərkəzlərdə dəqiq səbəb göstərilmir. Son vaxtlar qeysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqlar arasında autizmin daha tez-tez göründüyü haqqında danışılır.
Bu gün "zerkalni" tarixdir. Düşünürəm ki, bu səbəblə kifayət qədər qeysəriyyə yolu ilə doğulan uşaqlar olacaq. Sosial şəbəkələrdə bu səbəblə "yarış" da başlayacaq. Belə etmək olmaz. Uşaqlar təbii yolla doğulmalıdır ki, sağlam olsunlar”, - deyə pediatr vurğulayıb.
Əzizə Zeynal