Bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 23 il ötür

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 23 il ötür
Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.
 
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.
2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.
 
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevdir.
 

OXŞAR XƏBƏRLƏR

Vəkil olduğu deyilən qadının döyülməsi xəbəri haqda - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsinə dair məlumatlar yayılıb. Sfera.az xəbər verir ki, məlumatda Vəkillər Kollegiyas...

Toy günü nişanlısını qoyub Türkiyəyə qaçan Əməkdar artist - Səhnəmizin Nargiləsi

Aktrisa, Əməkdar artist Məlahət Abbasovanın ad günüdür. Sfera.az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir. Məlahət Elman...

Filarmoniya gecə klubuna çevrilib - VİDEO

"M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində "UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üç...

Azərbaycanda bu şəxslər 9 min manatadək cərimə olunacaq

İnsan orqanlarının alqı-satqısına görə cərimələrin artırılması təklif olunur. Sfera.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləc...

Bakıdakı güclü yanğınla bağlı RƏSMİ MƏLUMAT - VİDEO / YENİLƏNDİ

Paytaxtın Xətai rayonunun S.Mehmandarov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın...

Kəmaləddin Heydərov onu işdən ÇIXARDI

Fövləladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinə birinci müavini təyin edib. Qaynarinfo.az-a FHN-...