Bu cütlüklərin boşanma ehtimalı 6 dəfə çoxdur - Elm adamları açıqladı

Bu cütlüklərin boşanma ehtimalı 6 dəfə çoxdur - Elm adamları açıqladı
Yeni texnologiyalar və mobil proqramlar insanların həyatında getdikcə daha çox yer tutur. Bu kontekstdə ekspertlər son illərdə "Tinder" və "Bumble" kimi tanışlıq proqramları vasitəsilə həyat yoldaşını seçənlərin sayının artdığını bildiriblər.
 
Sfera.az xəbər verir ki, Britaniyada aparılan araşdırma internetdə tanış olan cütlüklərin evliliyin ilk illərində boşanma ehtimalının universitetdə, dostları və ailəsi vasitəsilə tanış olanlara nisbətən altı dəfə çox olduğunu göstərib.

Yaşı 30 və daha çox olan 2 000 evli şəxs arasında sorğu aparılıb. Sorğunun nəticələrinə görə, 2000-ci ildən bəri internetdə tanış olan cütlüklərin evliliyin ilk 3 ilində  boşanma riski 12%, sosial əlaqələr vasitəsilə tanış olanların isə 2%-dir.

Araşdırmaya görə, boşanma nisbətlərindəki fərq evliliyin 10 ilinə qədər davam edir. Həyat yoldaşları ilə internetdə tanış olanların 17 faizi 7 ildən sonra boşandığı halda, qarşılıqlı əlaqə yolu ilə tanış olan cütlüklərin 10 faizi boşanıb.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...