Brilliant Dadaşovadan şiddətə məruz qalan azyaşlı ilə bağlı PAYLAŞIM

Brilliant Dadaşovadan şiddətə məruz qalan azyaşlı ilə bağlı PAYLAŞIM
"Madam ki, valideynləri şikayətçi olmurlar, valideynin özünə məhkəmə qərarı ilə hökm çıxarılmalıdır”.
 
Sfera.az bildirir ki, bunu Xalq artisti Brilliant Dadaşova bağçada azyaşlıya şiddət tətbiq edən tərbiyəçi ilə bağlı danışarkən deyib. İfaçı tərbiyəçidən şikayətçi olmayan valideynləri qınayıb.

"Zülfiyyə Baxışova adlı "canavar" tərbiyəsiz "tərbiyəçi" mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır ki, başqalarına dərs olsun" , - deyə müğənni əlavə edib.
 
Xatırladaq ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məşhur müğənnidən ürək dağlayan PAYLAŞIM - VİDEO

Müğənni Zenfira İbrahimova ürək dağlayan paylaşım edib. Sfera.az xəbər verir ki, bu gün doğum günü olan ifaçı vəfat edən anasının səs yazısını sosial m...

"Avroviziya-2022” mahnı müsabiqəsinin finalı - CANLI

İtaliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico”da "Eurovision 2022” mahnı müsabiqəsinin finalı keçirilir.   Sfera.az xəbər verir ki, Turi...

Murad Dadaşovdan inanılmaz görüntü...- FOTO

Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov yeni görüntüsü ilə hər kəsi təəccübləndirib.   Sfera.az xəbər verir ki, M.Dadaşovun bu gün Şuşada çək...

Zülfiyyə Xanbabayevadan ETİRAF: “Efirə çıxdığım üçün qırğın oldu” - VİDEO

"Valideynlərim məni səhnəyə qoymurdular, müğənni olmağımı istəmirdilər”.   Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva AzTV-də yayımlanan "Görüş...

Təranə Səmədova CƏRİMƏLƏNDİ - Polisə müqavimət göstərib

Tanınmış prodüser Təranə Səmədova polisə müqavimət etdiyinə görə cərimələnib.   Bu barədə qərar Abşeron Rayon Məhkəməsində elan olunub.   Qərar...

Azərbaycanda müğənniyə hökm oxundu: 6 ay müddətində...

Müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətə baxılıb. Sfera.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimov...