Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Sfera.az xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı ardıcıl olaraq Yevgeni Qonçarko (Ukrayna), Eylon Barşeşet (İsrail) və Martin Qaytero (İspaniya) ilə dueldən qalib ayrılıb. O, yarımfinalda Xerlen Qanbola (Monqolustan) qızıl xal bölümündə ipponla qalib gələrək finala yüksəlib.

60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Braziliya təmsilçisi Rayan Konseysaoya qalib gəlib. 24 yaşlı idmançı növbəti raundda Monqolustandan olan Sumiyabazar Enxtayvanı yenib. Hüseynov yarımfinalda fənd yerinə yetirərkən zədələnib və nəticədə qazaxıstanlı Baurjan Nabayev qalib olub. Azərbaycanlı cüdoçunun səhhəti imkan versə, bürünc medal uğrunda görüşə qatılacaq. O, qarşılaşmaya çıxa bilməsə, 5-ci yerlə kifayətlənəcək.

Eyni çəkidəki Balabəy Ağayev İsrail cüdoçusu Matan Kokolayevi məğlub etsə də, monqolustanlı Tsoqt-Oçir Byambayavə uduzub. Ağayev təsəlliverici görüşdə qazaxıstanlı Maqjan Şamşadinə yenilib və 7-ci yeri tutub.

Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...