Bloqer Maqsudun dələduzluğunun TƏFƏRRÜATLARI - 1,6 milyon mənimsəyib

Bloqer Maqsudun dələduzluğunun TƏFƏRRÜATLARI - 1,6 milyon mənimsəyib
Dələduzluq əməllərinə görə Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən​ bloqer Maqsud Mahmudovun vətəndaşlara vurduğu ziyanın miqdarı müəyyənləşib.

Sfera.az xəbər verir ki, "Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, istintaq zamanı məlum olub ki, iş adamı aldatdığı şəxslərə ümumilikdə 1,6 milyon manata yaxın ziyan vurub. O, əsasən vətəndaşların qızıl-zinət əşyalarını lombarda götürməklə aldadıb. Belə ki, lombarda götürdüyü qızılların qarşılığında az miqdarda pul verib. Əvəzində həmin qızılları banklara girov qoyaraq böyük həcmdə pul götürüb. İttihama görə, Mahmudovun vurduğu ziyanın 1,4 milyon manatı hazırda ödənilməmiş vəziyyətdə qalır.

Bloqerin ən çox zərər vurduğu şəxs kirvəsi Aslan Qəhrəmanov (615 min AZN), tanışları Rasim Bayramov (335 min AZN), Rövşən Əlibəyli (222 min AZN), Məzahir Ağayev (100 min AZN) və İlham Kərimov (98 min AZN) olub.

Bloqer maddi sıxıntıda olduğunu deyərək əvvəlcə kirvəsinin evini satdırıb, daha sonra qızıl-zinət əşyalarını nisyə alaraq pulunu yaxın zamanda verəcəyini deyib. O, kirvəsini inandırıb ki, Bakıdakı "Las Veqas” restoranının sahibidir və qısa müddətdə restoranı satıb bütün pulu qaytaracaq.

M. Mahmudov tanışı Rasim Bayramova isə mədəni-tarixi əşyaları talamaqla ziyan vurub. Belə ki, o, Rasimdən borc istəyib. Rasim Bayramov nağd pulu olmadığı üçün Maqsuda 125 min manat dəyərində qızıl saat, üzük, boyunbağı və s. kimi zinət və iki ədəd antik əşya verib. Antik əşyaların orijinallığı Mədəniyyət Nazirliyi Dövlət Ekspert Komissiyası tərəfindən verilən rəylə təsdiqlənib.

Bunlardan biri 1896-cı ilə aid Rusiya İmperiyasında istehsal edilmiş zümrüd, yaqut və mirvari qaşlardan hazırlanmış "Həyat ağacı” kompozisiyası, digəri isə 3,8 kq çəkidə mədəni irs sayılan gümüş meyvəqabı olub. Hər iki əşyanın müəllifi XIX əsrdə yaşamış rusiyalı zərgər, dünyaca məşhur "Faberje yumurtası”nın müəllifi kimi tanınan Karl Faberje olub. Bu iki əşyanın ümumi dəyəri 210 min AZN təşkil edib.

M.Mahmudov uzun illər tanıdığı İlham Kərimova məxsus mədəni irs nümunələrini də ələ keçirib. Belə ki, o, Kərimova aid 1889-cu ildə Rusiyada istehsal edilmiş, numizmatik kolleksiya əhəmiyyəti kəsb edən 32 ədəd qızıl sikkəni alaraq yoxa çıxıb.

Qeyd edək ki, Maqsud Mahmudovun 92 nəfəri aldadaraq dələduzluq etdiyi bildirilir. Zərərçəkmişlər arasında əməkdar artist Vasif Məhərrəmli və müğənni Afət Fərmanqızı da var.

M.Mahmudovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

OXŞAR XƏBƏRLƏR

Natiq Abbasəliyevin oğlunun ölkədən çıxışı QADAĞAN OLUNDU - VİDEO

Müdafiə Nazirliyinin sabiq şöbə müdiri Natiq Abbasəliyevin oğlu Yunis Abbasəliyevin ölkədən çıxışı məhdudlaşdırılıb. Sfera.az "Kriminalqafqaz”a istinadən ...

Bakıda DƏHŞƏTLİ HADİSƏ: polis nişanlısını öldürdü, özü isə intihar etdi

Bakıda polis nişanlısını öldürüb, özü isə intihar edib. Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin böl...

Kriminal ünsürlər Rusiya və Ukraynadan Azərbaycana axın edir? - Gözlənilən TƏHLÜKƏ ilə bağlı AÇIQLAMA

Azərbaycanda kriminal ünsürlərlə mübarizə sərt olduğuna görə, sözügedən şəxslərin, cinayətkar qrupların əksəriyyəti bir zamanlar Rusiya, Ukrayna kimi ölkələr çı...

Zaur Yusifovu öldürən adam tutuldu - RƏSMİ

Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Sfera.az xəbər verir ki, Bu barədə "Report”a hüquq-mühafizə orqanlarınd...

Dəhşətli QƏTLİN üzə çıxardığı suallar - Polis hansı hallarda evə girə bilər? - Şərh

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda ana və iki övladı münaqişə zəminində öldürülüb. Evdə səs-küylə əlaqədar olaraq, qonşular ərazi yerinə polis əməkdaşları...

Qusarda dəm qazından boğularaq ölən şəxslərdən üçü azyaşlıdır - ADLAR

Qusarda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub. Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab...