Begemotlarda da koronavirus aşkarlandı
11:30 / 04.12.2021
651
Belçikada iki begemot COVID-19-a yoluxub.
Sfera.az bildirir ki, Anvers zooparkında yaşayan İmani və Hermain adlı heyvanların koronavirusa yoluxması eşidənləri təəccübləndirib. Mütəxəssislərin sözlərinə görə, bu, dünyada begemotlarda aşkar edilən ilk rəsmi koronavirus hadisəsidir.
Hazırda heyvanların vəziyyətinin yaxşı olduğu, lakin hansı formada yoluxduğunun bəlli olmadığı bildirilib. Qeyd edilib ki, begemotların sadəcə burun axıntısı problemi var. Ziyarətə qadağa qoyulan və təcridxanada saxlanılan heyvanların baxıcılarının da qoruyucu paltar geyindikləri deyilib.
Qeyd edək ki, bundan əvvəl dünya miqyasında koronavirusa yoluxma hallarına pişiklərdə və böyük meymun növlərində rast gəlinib.
Günay Rəsulqızı
Sfera.az