"Bayraqdar TB2" Rusiya gəmisini belə məhv etdi - VİDEO
19:41 / 07.05.2022
1749
Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiyanın daha bir desant gəmisini məhv edib.
Sfera.az xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, "Serna" tipli gəmi İlan adası sahillərində "Bayraqdar TB2" pilotsuz uçuş aparatı vasitəsilə vurulub.
Gəminin içərisindəki 45 tonluq hərbi texnika və canlı qüvvəni boşaltmaq üçün adaya yan aldığı vurğulanıb.