Baş verən müharibə Azərbaycanda BAHALAŞMAya səbəb olacaq

Baş verən müharibə Azərbaycanda BAHALAŞMAya səbəb olacaq
"Azərbaycana gətirilən xüsusən dəmir, metal kimi tikinti materialları – armaturlar, metal konstruksiyalar və bir çox tikinti sahəsində istifadə olunan bu cür məhsulların böyük hissəsi Ukraynadan gəlir. Bu gün orada müharibənin olması, hava və quru yollarının bağlanması səbəbindən nəinki, Azərbaycana, digər başqa ölkələrə də məhsulların daşınmasında, o cümlədən istehsalında ciddi problem yaşanacaq”.

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, qeyd olunan problem isə qiymət artımına gətirib çıxaracaq:

"Həmçinin dəmir armatur ölkəmizə Ukrayna ilə yanaşı, həm də Rusiyadan da gəlirdi. İki ölkə müharibəyə başlayıb, Ukrayna demək olar ki, blokadadır, oradan həmin materialların gəlməsi mümkün deyil. Baş verənlər hansısa formada Rusiyaya da öz təsirini göstərəcək. Bütün bunlar Azərbaycan və digər ölkələrin tikinti bazarına təsirsiz ötüşməyəcək. Tikintilərdə də ən çox istifadə olunan qeyd etdiyim armaturlar, dəmir konstruksiyalardır  - bünövrədən dam örtüyünə qədər”.

Müsahibimizin sözlərinə görə, qiymət artımı tikintinin maya dəyərinə əhəmiyyətli təsir göstərəcək:

"Onsuz da Azərbaycanda qiymətlər dayanmadan artırdı – son illərdə tikinti materiallarının hətta bəzilərinin qiyməti 2 dəfəyə yaxın yüksəlmişdi. Bu baxımdan növbəti artım da gözləniləndir.  Bu isə, tikinti bazarına, tikilməkdə olan binalara, fərdi həyət evlərinə öz təsirini göstərəcək”.

 
Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...

Tərəvəzlərin qiymətində ŞOK DƏYİŞİKLİK – Bahalaşma 72 faizə çatdı

2022-ci ilin aprelin sonuna olan məlumata əsasən Azərbaycanda tərəvəzlərin qiyməti ötən ilin aprel ayı ilə müqayisədə 71,5 faiz artıb. Tərəvəzlərdə illik bahala...

“Azərbaycan da hazırlığa başlamalıdır, yoxsa…” – XƏBƏRDARLIQ

"Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq”.   Sfera.az xəbər ver...

Dollar sürətlə BAHALAŞIR: Manatı nə gözləyir? - VİDEO

Türkiyə lirəsi son günlər yenidən dəyər itirməyə başlayıb. Qardaş ölkənin milli valyutası 1 dollar qarşılığında təqribən 16 lirəyə bərabər olub. Halbuki son həf...

Azərbaycanda yuyucu tozlar kəskin BAHALAŞDI - Alıcıları şoka salan qiymətlər /FOTO

Son zamanlar Azərbaycanda ərzaq və digər istehlak mallarında qismən artım kəskin bahalaşmaya keçib. Sfera.az xəbər verir ki, Bakıda iri marketlərdə yuyucu t...