Baş Prokurorluq açıqlama yaydı
21:52 / 27.03.2022
2142
Martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nəticədə traktora maddi ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb.
Hazırda faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.