BANM-də IELTS Qeydiyyat Mərkəzi yaradıldı - FOTOLAR

BANM-də IELTS Qeydiyyat Mərkəzi yaradıldı - FOTOLAR
Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın "British Council” təşkilatı arasında BANM-də IELTS Qeydiyyat Mərkəzinin yaradılması haqqında müqavilə imzalanıb.

Sfera.az xəbər verir ki, müqaviləyə əsasən, ölkədə ilk dəfə olaraq "British Council” BANM-də yaradılan bu Qeydiyyat Mərkəzində onlayn imtahan vermək istəyən şəxslərin qeydiyyatını həyata keçirəcək. Müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və "British Council” təşkilatının Azərbaycan üzrə direktoru Fransis Qardener Trexo imzalayıb.

BANM-in kampusunda Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpın iştirakı ilə keçirilən imzalanma mərasimində Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, bu layihə "British Council” ilə BANM arasında əməkdaşlığın növbəti mərhələsidir: ""British Council” təşkilatı ilə əməkdaşlıq çərçivəsində BANM-də açılan ACCA Mərkəzi dünyadakı 5 ACCA Mərkəzindən biridir. Mərkəz artıq qısa müddətdə ikinci yerə yüksəlib və burada təxminən 50 nəfər çalışır.

10 ildir yaradılan Bakı Ali Neft Məktəbi Böyük Britaniya ilə uğurlu əməkdaşlıq edir və bunda "British Council” təşkilatının böyük rolu var. Bakı Ali Neft Məktəbi də 10 il əvvəl Prezident İlham Əliyevin fərmanı ilə ingilisdilli yüksəkixtisaslı kadr hazırlamaq məqsədilə yaradılıb və 10 ildir ki, uğurla ingilisdilli texniki ixtisaslı kadrlar hazırlayır. Ali Məktəbin məzunlarının bir çox nüfuzlu şirkətlərdə çalışır, dünyanın ali məktəblərində təhsil almaq üçün təqaüd qazanır və Ali Məktəbin tədris və idarəetməsində fəal iştirak edirlər”.

Səfir Ceyms Şarp BANM-lə "British Council” arasındakı bu əməkdaşlığı təhsildə keyfiyyətin yeni aspekti olaraq qiymətləndirib: "İngilis dili bu günün və gələcəyin dilidir, burada da bu dilin tədrisinə xüsusi önəm verilir. Bakı Ali Neft Məktəbi ilə bu əməkdaşlığa başlamaqdan çox şadıq və gələcəkdə də yeni əməkdaşlıqlara məmnuniyyətlə hazırıq”.

Fransis Qardener Trexo müqavilənin əhəmiyyətindən danışaraq qeyd edib ki, əsası qoyulan bu əməkdaşlıq tələbələrə fərdi şəkildə kömək etməklə yanaşı, ingilis dilinin ən yüksək səviyyədə öyrədilməsinə imkan verəcək. O, bu əməkdaşlığın BANM üçün də böyük fayda gətirəcəyini və xüsusiləşmiş əməkdaşlıq olacağını bildirib.

OXŞAR XƏBƏRLƏR

Ötən ay işə qəbul olan müəllimlərin sayı AÇIQLANDI

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə yanvar ayı ərzində həyata keçirilən əlavə yerləşdirmə mərhələsində müvafiq vakansiyalara işə qəbul olunan namizədlərin s...

Emin Əmrullayev özünə yeni müşavir TƏYİN ETDİ - FOTO

Təhsil naziri Emin Əmrullayev özünə yeni müşavir təyin edib. Sfera.az xəbər verir ki, bununla bağlı nazir əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Ni...

Bakıda şagirdləri döyən direktorla bağlı YENİ AÇIQLAMA - FOTOLAR

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və Təhsil İdarəsinin nümayəndələri direktor Zinyət Əhmədova tərəfindən döyülən şagirdlərin oxuduğu 9 nömrəli məkt...

Nazir Abid Şərifovun bacısı qızının yerinə onu göndərdi - FOTO

Təhsil naziri Emin Əmrullayev 189-190 nömrəli tam orta məktəbə direktor əvəzi təyin edib. Sfera.az xəbər verir ki, nazirin müvafiq əmri ilə ötən ay sabiq ...

Təhsil nazirindən yeni TƏYİNAT - FOTO

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, bununla bağlı Təhsil naziri...

BANM-də IELTS Qeydiyyat Mərkəzi yaradıldı - FOTOLAR

Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın "British Council” təşkilatı arasında BANM-də IELTS Qeydiyyat Mərkəzinin yaradılması haqqında müqavilə imzalanıb. ...