Balakəndə avtomobil 54 yaşlı qadını vurdu
18:46 / 20.02.2022
927
Balakən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil 1968-ci il təvəllüdlü Gənciyeva Dinara Ramazan qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol sirkə kasasının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
(report)