Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO
Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.
 
Sfera.az xəbər verir ki, 2015-ci ilin 19 may tarixində səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. 
Yanğının başlamasına səbəb olaraq binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Hadisə ilə bağlı "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov həbs ediliblər. 

Yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat verilib. Bundan əlavə, bina sakini olan 56 ailəyə yanğın nəticəsində zərər dəymiş əmlakına görə, ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım ödənilib. Binanın təmiri üçün isə dövlət büdcəsindən 3 milyon manat ayrılıb.

Sfera.az kollektivi hadisə nəticəsində dünyasını dəyişənlərə rəhmət, ailələrinə səbr arzulayır!

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Tural Abbaslı bu rayonun icra başçısını ifşa etdi: Şəhid anasını 3 saat qapısında gözlədib və... – VİDEO

AĞ Partiya sədri Tural Abbaslı canlı yayım zamanı Neftçala rayonunun icra başçısı Mirhəsən Seyidovun şəhid ailəsini qəbul etmədiyini bildirib.   Sfera.az...

Nərminə Ağası ailə qurdu - FOTO

"Passage” jurnalının baş redaktoru Nərminə Ağası ailə həyatı qurub.   Sfera.az bildirir ki, o, Vladik Vəkilov adlı şəxslə yollarını birləşdirib. Bu barəd...

Eynulla Fətullayev Mübariz Mənsimova səsləndi: "Lotu Quliyə dil uzadanın dilini kəsərik!"

"Qardaşımız Quli həyatda yoxdur, amma biz varıq və ayaqdayıq".   Sfera.az xəbər verir ki, bunu Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev deyib. ...

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradıldı - Hansı vəzifələri icra edəcəklər?

Azərbaycanda informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən mütəxəssislərin və təşkilatların vahid platforması...

DTX əməkdaşları peşə bayramlarını belə qeyd etdi - FOTO

Hər il 28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Sfera.az xəbər verir ki, ...