Bakıda uşağa verilən dərman görün nə çıxdı - Nazirlik hərəkətə keçdi - VİDEO

Bakıda uşağa verilən dərman görün nə çıxdı - Nazirlik hərəkətə keçdi - VİDEO
12 yaşlı epilepsiya xəstəsi olan uşaq üçün alınan dərman saxta çıxıb. Bu, həmin uşağın nənəsinin iddiasıdır.

Sfera.az xəbər verir ki, Şövkət Məmmədova "Xəzər Xəbər"ə müraciət edərək bildirib ki, uşağa bu dərmanı verəndən sonra uşağın halı pisləşib və öyüməyə başlayıb.

Bu zaman uşaq 10 saat əvvəl qəbul etdiyi dərmanı olduğu kimi qaytarıb. Sahə həkimi də bu faktı təsdiqləyib.

12 yaşlı epilepsiya xəstəsi olan Şəhla Ağazadənin nənəsi Şövkət Məmmədova iddia edir ki, nəvəsi üçün adlığı dərman saxtadır. Onun sözlərinə görə, nə az nə çox, düz 9 ildir bu dərmanı istifadə etsələr də, saxta olduğunu yeni müşahidə ediblər. Uşağa dərmanı verdikdən bir neçə saat sonra dərman bədəndə ərimədən olduğu kimi ifraz olunduğunu görüb.

Şövkət Məmmədova deyir ki, sahə üzrə təyin olunmuş həkimin köməyi olmasaydı, körpənin durumu daha ağır ola bilərdi. Sözügedən həkim Nadejda Kazımova isə bildirdi ki, uşağa verilən dərman əslində rezin olub.

Məsələ ilə əlaqədar dərmanın alındığı aptekin rəhbəri ilə əlaqə saxladıq. "Xəzər Xəbər"ə bildirildi ki, dərman bütün rəsmi nəzarət proseslərindən keçib.

Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ nəzarətə götürülüb araşdırılacaq.
 


OXŞAR XƏBƏRLƏR

Pənah Hüseyn və Tofiq Abbasov efirdəki davadan danışdılar - Kim peşmandır?

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar. Davaya səbə...

Sürücülərin NƏZƏRİNƏ! - 800 manat cərimə oluna bilərsiniz - VİDEO

Bakıda bəzi sürücülər edilən xəbərdarllıqlara baxmayaraq dayanma-durma qaydalarını kobud şəkildə pozurlar. Sfera.az xəbər verir ki, sürücülər cərimələnməm...

Metrodan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR

Bakı Metropoliteni daha 4 qatar alıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon xəttə buraxılacaq. Bununla da metropoliten xəttində yeni qatarların sayı ...

Sürücülərə müjdə: Bu cərimələri ləğv etdirə bilərsiniz - VİDEO

İndi əsas müzakirə mövzularından biri Bakı Nəqliyyat Agentliyininin yazdığı cərimələrin aqibətidir. Cəriməsi olan sürücülər hansı halda onu ödəməyə bilər? Qanun...

Bakıda uşağa verilən dərman görün nə çıxdı - Nazirlik hərəkətə keçdi - VİDEO

12 yaşlı epilepsiya xəstəsi olan uşaq üçün alınan dərman saxta çıxıb. Bu, həmin uşağın nənəsinin iddiasıdır. Sfera.az xəbər verir ki, Şövkət Məmmədova "Xə...

Bu şəxslərin NƏZƏRİNƏ! - Fevralın 15-dən... - VİDEO

Buster dozanın vurulması üçün verilən son tarixə 3 gün qalıb. Sfera.az  xəbər verir ki, fevralın 15-dən etibarən buster doza vaksin olunmayanların va...