Bakıda ŞOK: COVID olan ana süni nəfəs aparatına qoşulu uşaq doğdu - FOTO

Bakıda ŞOK: COVID olan ana süni nəfəs aparatına qoşulu uşaq doğdu - FOTO
Koronavirusa yoluxaraq vəziyyəti kəskin ağırlaşan hamilə qadın və 28 həftəlik doğulan körpəsi uzun mübarizədən sonra həyata qayıdıb.

Kliniki Tibbi Mərkəzdən Sfera.az-a verilən məlumata görə, bir ay əvvəl səhhətində kəskin ağırlaşma səbəbindən müxtəlif xəstəxanalara müraciət edilən və hətta özəl xəstəxanaların birində böyük məbləğdə depozit istənilən, ancaq COVID testi müsbət çıxdığına görə imtina verilən ana ən son anda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Gətirilərkən kritik ağır vəziyyətdə olan ana və övladdan yalnız birinin sağ qalma ehtimalı olub. Həmin dövrdə ağır koronavirus keçirən, şok vəziyyətində olan ana süni nəfəs aparatına qoşulub və erkən doğuşa qərar verilib. Olduqca riskli əməliyyat nəticəsində 28 həftəlik bir qız övladı doğulsa da, körpənin vəziyyəti kritik ağır olub və ağciyərləri açılmayıb.

Həkimlər bir müddət körpənin ağciyərlərinin açılmasına çalışıb. Körpə 3 gün ağciyərin süni ventilyasiya aparatında saxlanıldıqdan sonra müsbət dinamika müşahidə edilib və CPAP  aparatına qoşulub. 8 gün müddətində bu aparatda qalan körpənin vəziyyəti təxminən 2 həftədən sonra normallaşıb və nazal oksigen terapiyasına keçilib.

Hazırda vəziyyəti yaxşıdır, çəkisi bərpa olunur və ana südü ilə qidalanır.

OXŞAR XƏBƏRLƏR

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Vaksinasiya ilə bağlı son statistika

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3565 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərarg...

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? - AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.   Nazirlər Kabineti yanında Oper...

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operati...

Yoluxanların bu günə olan statistikası AÇIQLANDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər veri...

Nüvə silahı atılarsa, insanları nə gözləyir, xilas şansı varmı? - Orqanizmə 5 təsiri

Rusiya Ukrayna müharibəsinin pik nöqtəsində Putin nüvə raketləri qüvvələrnin hazır vəziyyətə gətirilməsi barədə göstəriş verməsi ilə III dünya müharibəsinin baş...