Bakıda 31 yaşlı Gülnar həyat yoldaşını niyə öldürdü: YENİ FAKTLAR - VİDEO

Bakıda 31 yaşlı Gülnar həyat yoldaşını niyə öldürdü: YENİ FAKTLAR - VİDEO
Ötən gün Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində 1991-ci il təvəllüdlü Gülnar Vəlizadənin həyat yoldaşı, 1990-cı ildə anadan olmuş Elşən Hadızadəni bıçaqlayara qətlə yetirməsinin təfərrüatları yayılıb.

Sfera.az  "publika.az"a istinadən xəbər verir ki, dəhşətli qətl ailə münaqişəsi zəminində baş verib. Belə ki, bir neçə il əvvəl ailə həyatı quran və 2 övlad sahibi olan cütlük xeyli vaxt imiş ki, evdə münaqişə edirlərmiş. Ailədaxili keçimsizlik o, həddə çatıb ki, azyaşlı uşaqlara qarşı da şiddət göstərilib.

Ötən gün isə G.Vəlizadə evdə baş vermiş növbəti münaqişə zamanı bıçaqla həyat yoldaşının döş qəfəsinə ağır xəsarət yetirib. Ürəyi zədələnən Elşən xəstəxanaya çatdırılsa da, orada keçinib.

Bildirilir ki, hadisə uşaqların gözü qarşısında baş verib.

O da məlum olub ki, həyat yoldaşını qətlə yetirən Gülnar son vaxtlar depressiv vəziyyətdə olub və mütamadi olaraq qəmli statuslar paylaşırmış. O, sonuncu statusunu isə qəbiristanlığa gedərək anasının məzarı üstündə şəkil çəkdirərək edib.

Həmin paylaşımı, həmçinin qətlə yetirilən Elşən Hadızadənin fotosunu təqdim edirik.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR

Şuşanın polis rəisi qəzaya düşdü, iki nəfər öldü - VİDEO

Füzulidə ölümlə nəticələnən yol qəzası olub. Sfera.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə martın 13-də saat 14 radələrində Füzuli şəhər...

Rus qırıcısının vurulma anı - VİDEO

Ukrayna ordusunun indiyə qədər 6 rus qırıcısını vurduğu haqda rəsmi açıqlama yayılıb. Sfera.az  xəbər verir ki, sosial şəbəkələrdə bir Rusiya qırıcıs...

Bakıda “Range Rover”in şüşəsini sındıran 21 yaşlı gənc kimdir? - VİDEO

Bakıda "Land Rover" servisin qarşısında son model "Range Rover"in ön şüşəsini sındıran gənc sosial şəbəkələrin gündəminə çevrilib.  Sfera.az xəbər ve...

Azərbaycanda minik maşını TIR-la toqquşdu - HADİSƏ ANI

Göyçayda yol-nəqliyyat hadisəsi olub. Sfera.az xəbər verir ki, hadisə fevralın 9-da axşam saat 23 radələrində baş verib. Yüksək sürətlə hərəkət edən minik avto...

Bakıda ərinin sevgilisinin evinə hücum edən qadın hər şeyi videoya çəkdi: “Onun şalvarıdır...” – VİDEO

Bakıda qadınlar arasındakı davanın görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Sfera.az xəbər verir ki, sözügedən görüntülərdə evli qadın ərinin sevgilisi ...

Bakıda 31 yaşlı Gülnar həyat yoldaşını niyə öldürdü: YENİ FAKTLAR - VİDEO

Ötən gün Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində 1991-ci il təvəllüdlü Gülnar Vəlizadənin həyat yoldaşı, 1990-cı ildə anadan olmuş Elşən Hadızadəni bıçaql...