Bakı-Sumqayıt qatarlarının hərəkəti bərpa edildi - YENİLƏNİB - FOTO

Bakı-Sumqayıt qatarlarının hərəkəti bərpa edildi - YENİLƏNİB - FOTO

10:09

Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində yaranan problem aradan qaldırılıb. Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
N. Əzməmmədovun sözlərinə görə, yaranan problem relslərə verilən elektrikin kəsilməsi ilə əlaqədar olub:
"Problem elektrik kəsintisindən yaranıb və saat 9:00 radələrində hərəkət bərpa edilib və bu dəqiqələrdə Sumqayıtdan gələn qatar platformaya daxil oldu".

---------

09:03

Səhər saatlarında Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində problem yaranıb.

"Report" xəbər verir ki, bu gün səhər 7:45 və 08:00 radələrində sənaye şəhərindən paytaxta doğru yola çıxmalı olan qatarlar nəzərdə tutulan vaxtda dayanacağa gəlməyib.
Hazırda minə yaxın sərnişin bilet alaraq qatar gözləyir. Sərnişinlərin bir qisminin biletdən imtina edərək dayanacağı tərk etdiyi bildirilir.
Qeyd olunur ki, qatarlar problem səbəbindən Güzdəkdə qalıb.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edi...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutdu- RƏSMİ

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxı...

Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO

Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları  sistemi satmağı dayandırmışdı. Sfera.az xəbər...

Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vurdu

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensi...